SİYASƏT


Avropa Parlamenti və Azərbaycan Milli Məclisi arasında əməkdaşlığın inkişafı yolları müzakirə olunub

Bakı, 11 aprel, AZƏRTAC

Avropa Parlamentinin dəvəti ilə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin həmsədri, Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Səyyad Kərimlə görüşüb.

Söhbət zamanı Cənubi Qafqaz bölgəsindəki mövcud siyasi vəziyyət, Avropa Parlamenti və Azərbaycan Milli Məclisi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub, Avropa İttifaqı ilə Azərbaycan arasında hazırlanan yeni əməkdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa İttifaqı - Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin həmsədri Cavanşir Feyziyev, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov və Milli Məclis aparatının beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Babək Ağayev iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.