Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Parlamentinin qətnaməsi: Azərbaycanda parlament seçkiləri ərəfəsində “sürpriz”

Avropa Parlamenti vasitəsilə Azərbaycana qarşı qərəzli münasibətini bir daha göstərən Avropa yenidən eyni səhvi buraxdı.

Təxribat məzmunlu qətnamə Avropanın ali qanunverici orqanının əksəriyyəti tərəfindən dəstəkləndi.

Azərbaycan haqqında belə bir sənədin qəbul edilməsi ümumilikdə Avropanın siyasətində mənfi meyillərin artdığını göstərir. Belə bir təəssürat yaranır ki, iqtisadi böhran, maliyyə qeyri-sabitliyi, indi isə miqrasiya xaosunda boğulan Avropa bütün bu mühüm problemləri həll etməyə o qədər də tələsmir, əksinə, başqa bir dövlətin daxili işlərinə müdaxilə və “demokratiya və seçim azadlığı” prinsiplərini təlqin etmək onun üçün daha vacibdir.

Bu zaman sual yaranır: bu hüququ ona kim verib? Gec-tez uğursuzluqla nəticələnəcək bu qədər ehtiyatsız siyasət yürütməklə o nəyə ümid edir? Yəqin ki, bu suallar hələ Avropa siyasətinin prioritetlərindən kənardadır. Keçmişdə məşhur siyasətçilərdən birinin “siyasətdə dost yoxdur, yalnız maraqlar var” ifadəsi, əslində, Avropa haqqındadır. Əgər Avropa antiazərbaycan qüvvələrin əməllərinə bundan sonra da göz yummaq niyyətindədirsə bu, onun öz seçimidir. Avropanın guya Azərbaycanda “demokratiya və aşkarlığın” olmaması barədə həqiqətdən və hər cür obyektivlikdən uzaq bəyanatları, sadəcə, avropalı tərəfdaşlara olan inamı azaldır. Avropalıların bənzər hücumları Azərbaycanın Avropa siyasətinə yenidən baxması üçün əsas səbəbdir ki, bu da prinsipcə onların özlərinin xeyrinə deyil. Azərbaycana onu daim dəstəkləyəcək etibarlı və adekvat tərəfdaşlar lazımdır. Avropa ziddiyyətli siyasəti ilə hələ də tərəfdaşlarını tam müəyyənləşdirməyib. O, bir tərəfdən, Azərbaycanla strateji tərəfdaşlıq barədə bəyanatlar verir və bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlığın perspektivlərinə inandırır, digər tərəfdən də, bəzi qüvvələrin təhriki ilə absurd qətnamənin qəbulu kimi qeyri-adekvat addımlar atır. Maraqlıdır ki, bu, qısa müddət ərzində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi yeganə qətnamə deyil. Aydın görünür ki, bu qanunverici orqan belə sənədləri Azərbaycanın siyasi həyatındakı mühüm hadisələr ərəfəsində qəbul edir. Son günlərdə qəbul edilmiş qətnamə, çox güman ki, Azərbaycanda cari il noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə üst-üstə düşür, amma bu sənədin avropalı “xeyirxahlarımız”ın bu il ərzində sonuncu “sürprizi” olacağının da təminatı yoxdur.

Hər dəfə Avropa Parlamenti bu kimi ədalətsiz sənədlər qəbul edərkən mətnin məzmunu praktiki olaraq dəyişməyib, boşboğaz parlamentariləri həddindən artıq narahat edən hüquq və azadlıqların guya pozulması ilə bağlı eyni saxta ittihamları əks etdirir.

Buna paralel olaraq, Avropa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ikili standartlar nümayiş etdirir. Avropalı siyasətçilərə faydalı bir məsləhət verərdik: “Cənablar, yetər artıq, bəsdir! Aİ-yə üzv ölkələrdə hüquqi intizamın qaydaya salınması ilə məşğul olun, ksenofobiyanın, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin, şovinizmin, vətəndaşların hüquqlarının tapdalanması hallarının artmasının qarşısını alın, Yaxın Şərq və Afrika ölkələrindən miqrant və qaçqınların problemlərinin aradan qaldırılması kimi humanitar fəlakətlərin həll olunmasına diqqət ayırın. Dünyanın başqa yerində yerləşən ölkənin daxili siyasi proseslərinə lüzumsuz müdaxiləyə ehtiyac yoxdur”.

Avropanın qarşısında duran həll olunmamış problemlər siyahısını uşaq hüquqlarının kifayət qədər qorunmaması, gender bərabərsizliyi, təhlükəsizlik orqanlarının səlahiyyətlərini aşması, məhbusların hüquqlarının pozulması, bir sıra Aİ ölkələrinin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli həbsxanalar proqramında iştirakı və s. problemlərlə yenə də davam etdirmək olar.

Bütün bu amillər insan hüquq və azadlıqlarının müdafiəsi məsələlərində Avropa İttifaqının institusional sisteminin zəifliyindən, onun səmərəsizliyindən xəbər verir. Məsələn, tanınmış beynəlxalq təşkilat (Aİ) özünü qanunun aliliyi və insan hüquqlarına riayət uğrunda mübarizədə əsas dayaq nöqtəsi kimi təqdim etsə də, faktiki olaraq, məsələn, Latviya və Estoniya kimi ölkələrdə rusdilli əhalinin hüquqlarının geniş şəkildə pozulması problemini həll etməyə tələsmir. Bu, Avropa dəyərləri adlanan sistemin praktikada işləmədiyini göstərən əsas amillərdən biridir.

Qərb ekspertlərinin gəldiyi nəticələrə əsasən, cəmiyyət Avropadakı xəyali ifadə azadlığı pərdəsi ilə örtülmüş neonasizm təhlükəsini lazımi dərəcədə qiymətləndirmir. Buna misal olaraq, İsveçdə neonasist köklü “İsveç demokratları” partiyasının getdikcə daha da güclənməsini, Avstriyada “Obyekt 21” neonasist təşkilatının fəaliyyətini, Yunanıstanda irqi zəmində hücumları və ifrat sağ təmayüllü “Qızıl şəfəq” partiyasının hədələrini, Macarıstanda ultrasağçı “Yobbik” partiyası tərəfindən qaraçıların ardıcıl qətllərini, İtaliyada qaraçı məskənlərinin zorla ləğv edilməsini göstərmək olar.

Aralarında Aİ ölkələrinin siyasi qurumlarının nümayəndələri də olmaqla suveren dövlətlərin on milyonlarla vətəndaşının Amerika təhlükəsizlik xidmətləri tərəfindən izlənməsi faktının ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden tərəfindən ifşa edilməsindən o qədər də uzun zaman keçməyib. İnsan hüquqlarının qorunması, o cümlədən şəxsi həyatın toxunulmazlığı sahəsində beynəlxalq normaların bu cür kobud şəkildə pozulmasını isə hələ nə amerikalılar, nə də avropalılar izah ediblər. E.Snoudenin verdiyi informasiyaya görə, Aİ-yə üzv dövlətlərdən ən azı biri – Böyük Britaniya bu ümumi casusluqda ABŞ-la bilavasitə əlbir olub. Faktlar bir-birinin ardınca təsdiq edir ki, Aİ-nin üzərində çalışmalı olduğu problemlər və ilk növbədə öz siyasətində dəyişməli olduğu məsələlər mövcuddur.

Sual oluna bilər: niyə Avropa İttifaqı miqrasiya siyasətində etnik diskriminasiyanın aradan qaldırılması ilə məşğul olmur? Yaxud niyə Mərkəzi Kəşfiyyat İdarəsinin terrorçuluqda şübhəli bilinən şəxslərin daşınması və saxlanılması üçün gizli həbsxana proqramında Aİ-yə üzv olan bir sıra ölkələrin iştirakı ilə bağlı suallara hələ də tutarlı cavab yoxdur?

Belə çıxır ki, Aİ məkanında hüquq və azadlıqların pozulması Aİ-nin gözünə dəymir. Edvard Snoudenin təqdim etdiyi faktlara görə, Böyük Britaniyanın təhlükəsizlik xidmətləri beynəlxalq miqyaslı tədbirlər zamanı təkcə öz vətəndaşlarının yox, həm də xarici iştirakçıların danışıqlarını dinləyirmiş. Nəzərə alaq ki, bu fəaliyyətə "Tempora" gizli proqramı çərçivəsində Böyük Britaniyanın Hökumət Kommunikasiyaları Baş Qərargahı (GCHQ) ilə əməkdaşlıq edən “BT Group plc”, “Global Crossing”, “İnteroute” kimi nəhəng şirkətlər də cəlb olunub. Eyni zamanda, telefon danışıqlarının dinlənilməsi, elektron məktubların və “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin hesablarının izlənilməsi də mümkün idi. Avropa Parlamentinin bürokratları bu cür fırıldaqçılıqları bir qayda olaraq gizlədirlər.

Böyük Britaniya kimi inkişaf etmiş bir ölkə hüquq müdafiə standartlarına nəzarət sahəsində liderliyə iddia etsə də, həm ölkə daxilində, həm də ölkədən kənarda əksərən xarici vətəndaşların məruz qaldığı insan hüquqlarının tapdalanması hallarına son qoyulmur.

Daha bir məlum fakt isə BMT-nin İşgəncələrə qarşı Komitəsinin “terrorla müharibə” dövründəki fəaliyyətinə görə Böyük Britaniyanı tənqid etməsidir. Təkcə britaniyalı hərbçilərin İraqda hərbi əsirlərə qarşı yolverilməz rəftar hallarını qeyd etmək yetər. Ətraflı məlumat üçün onu da vurğulayaq ki, Komitə 40 ayrı hadisəni də qeydə alıb və bu hadisələrlə bağlı Britaniya hökumətindən təkrar araşdırma aparılmasını tələb edib. Bütün bu məlum faktlar və Azərbaycana qarşı “vətəndaş institutlarına təzyiq göstərilməsi”, “xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları üçün hüquqi çərçivənin daraldılması”, “cinsi azlıqların nümayəndələrinin haqlarının tapdalanması” kimi əsassız, gülünc iddiaların irəli sürülməsi, həmçinin bir sıra məhkumları “dərhal və qeyd-şərtsiz azadlığa buraxmaq” çağırışları kağız üzərində əks olunub. Bu absurd ittihamlar və iddialarla yanaşı, Azərbaycan və Aİ arasındakı strateji tərəfdaşlıq sazişi ilə bağlı işlərin dayandırılmasına çağırış da heç də az təəccüb doğurmur. Sual olunur: bu maddənin həyata keçirilməsindən daha çox kim zərər görəcək? Enerji təhlükəsizliyinin təminatı kimə lazımdır: Avropayamı, yoxsa Azərbaycana? Bir milyon azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarının tapdalanmasına etinasızlıq göstərərək ikili standartlar siyasəti yürüdən Avropa ilə tərəfdaşlıq nə dərəcədə qəbul olunandır? Təəssüf ki, avropalı siyasətçilər bu kimi saxta ittihamlarla Azərbaycanı sərt qərarlar qəbul etməyə və “Şərq tərəfdaşlığı” proqramında və Avronest Parlament Assambleyasında iştiraka yenidən baxmağa vadar etdiklərini anlamırlar. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini və bərabərhüquqlu əməkdaşlığı inkişaf etdirməyə hazırdır və bu gün də bu mövqeyini saxlamaqdadır. Amma Azərbaycan özünün daxili işlərinə xaricdən müdaxilə cəhdlərini qəbul etmir və Avropa da bu qaydadan istisna deyil. Buna misal olaraq ən azı, yəqin ki, avropalı urapatriotların da hiss etmiş olduqları Bakının sərt reaksiyasını göstərmək olar...

Kamal Adıgözəlov

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub