SİYASƏT


Avropa Parlamentinin üzvləri: Ermənistanın hərbi cinayətləri qorxaqlığın təcəssümüdür

Brüssel, 7 iyul, AZƏRTAC

Avropa Parlamentinin üzvləri İveta Qriqule (Latviya), İvo Vayql (Sloveniya) və Raşida Dati (Fransa) birgə bəyanatla çıxış edərək Ermənistanın hərbi cinayətlərini, o cümlədən bu ölkənin silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunda iki mülki şəxsin öldürülməsini pisləyiblər. Onlar həlak olanların yaxınlarına başsağlığı, habelə Azərbaycan xalqını tam dəstəklədiklərini ifadə ediblər.

“İnsan ölümü və zorakılıq hallarına son qoyulmalıdır”, - deyə deputatlar öz bəyanatlarında bildiriblər. Vurğulanıb ki, münaqişənin həlli zorakılığa və sərhədlərin birtərəfli qaydada dəyişilməsinə deyil, yalnız beynəlxalq hüquq normalarına əsaslanmalıdır.

Deputatlar ATƏT-dən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etməyə çağırıblar. “Avropa siyasətçiləri olaraq, biz həmçinin Ermənistandan əsassız və qeyri-legitim siyasi məqsədlər üçün mülki şəxsləri və girov götürülmüş insanları hədəf kimi istifadə etməyə son qoymağı tələb edirik. Bu nəinki qeyri qanunidir, bu - qorxaqlığın təcəssümüdür”, - deyə deputatlar qeyd ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.