SİYASƏT
Avropa Parlamentinin üzvü: Azərbaycanda seçkilər zamanı şəffaflığa tam riayət olundu VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
İlk dəfədir ki, Azərbaycanda seçki prosesində müşahidəçi qismində iştirak edirdim. Deyə bilərəm ki, seçkilər çox maraqlı keçdi. Ümumilikdə 7 seçki məntəqəsində səsvermə prosesini izlədim. Seçkilərin tam şəffaf keçdiyinin şahidi oldum. Hər hansı qanun pozuntusuna rast gəlmədim.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Parlamentinin üzvü Franz Obermayer Milli Məclisə seçkilərlə bağlı noyabrın 2-də “Seçkilər” Media Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
“Mən seçki məntəqələrinin sədrləri ilə və namizədlərlə söhbət etmək imkanı əldə etdim. Bu, mənim üçün çox əhəmiyyətli oldu. Həmçinin mən ilk dəfədir ki, seçkilərdə seçicilərin baş barmağının ultrabənövşəyi lampalarla yoxlanıldıqdan sonra gözə görünməyən mürəkkəblə işarələnməsini gördüm. Bu da seçkilərdə şəffaflıq nümunəsidir”, - deyə F.Obermayer qeyd edib.