DÜNYA
Avropa Şurası zəif qrupların hüquqları uğrunda mübarizə aparmaq niyyətindədir
Nikosiya, 20 may, AZƏRTAC
Çexiya XİN-in başçısı Lyubomir Zaoralek mayın 19-da Nikosiyada Kipr xarici işlər nazirindən rəmzi açar şəklində Avropa Şurası Nazirlər Şurasında ölkəsinin sədrliyini qəbul edib. O vəd edib ki, Çex Respublikası zəif qrupların, o cümlədən qaraçıların, miqrantların və onların uşaqlarının hüquqlarının qorunması, habelə demokratiyanın və hüquqi dövlətin əsaslarının möhkəmlənməsi uğrunda mübarizə aparacaq.
L.Zaoralekin sözlərinə görə, Çex Respublikası insan hüquqlarına riayət olunmasına nəzarət edən təşkilatın sədri kimi müasir dünyanı narahat edən bütün məsələlərə universal cavablar axtarmaq niyyətində deyildir, ancaq o, hazırda demokratiyanın üzləşməli olduğu bütün problemləri yaxşı başa düşür.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Nikosiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]