CƏMİYYƏT


Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

A+ A

Bakı, 20 dekabr, AZƏRTAC

Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri Leila Marşania Azərbaycan Mətbuat Şurasında olub.

Mətbuat Şurasından AZƏRTAC-a verilən məlumata görə, Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirdiyi təşəbbüslərin uğurlu olduğunu bildirib. Bu baxımdan “İfadə azadlığı və media azadlığı” layihəsinin də kifayət qədər faydalı nəticələr verdiyini diqqətə çatdırıb. Ə.Amaşov bir qrup media nümayəndəsinin may ayında Avropa Şurasının struktur bölmələrində, eləcə də Avropa Məhkəməsində keçirilən təlimlərə qatılmalarını, Bakıda və ölkəmizin müxtəlif rayonlarında jurnalistlər üçün söz, ifadə azadlığının, peşəkarlığın müxtəlif aspektlərinə dair seminarların təşkilini konkret məqamlar kimi vurğulayıb.

Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri L.Marşania da Mətbuat Şurası ilə birgə əməkdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb. “İfadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində reallaşdırılan təşəbbüslərin davamlılığının əhəmiyyətini vurğulayan qonaq təmsil etdiyi qurumun mövcud istiqamətdəki əməkdaşlıqda maraqlı olduğunu deyib.

Görüşdə media peşəkarlığının, söz və ifadə azadlığının müxtəlif tərəfləri ilə bağlı fikir mübadiləsi aparılıb, perspektiv əməkdaşlığın ayrı-ayrı cəhətlərinə diqqət yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.