SİYASƏT


Avropa Xalq Partiyası: Ümumxalq səsverməsi Azərbaycan xalqının iradəsini mütləq şəkildə əks etdirdi

A+ A

Bakı, 26 sentyabr, Əsəd Məmmədov, AZƏRTAC

Azərbaycanda Konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələrlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi azad, sərbəst və ən mütərəqqi beynəlxalq standartlara cavab verib. Səsvermə Azərbaycan xalqının iradəsini mütləq şəkildə əks etdirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Xalq Partiyasının vitse-prezidenti David Mario sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.

Bildirilib ki, Avropa Xalq Partiyası Azərbaycanda keçirilən ümumxalq səsverməsində Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında müşahidəçi qismində iştirak edib. Nümayəndə heyəti 11 üzvdən ibarətdir. Onlar bundan əvvəl müxtəlif ölkələrdə keçirilən seçkiləri izləyiblər və kifayət qədər təcrübəyə sahibdirlər. Nümayəndə heyəti səsvermədən bir gün əvvəl seçki məntəqələrində müşahidələr aparıb.

Vitse-prezident deyib ki, bugünkü səsvermədə Azərbaycan vətəndaşları təklif olunan 29 dəyişiklik və əlavəyə müstəqil şəkildə münasibətlərini bildiriblər. Partiya üzvləri gün ərzində ölkə ərazisindəki müxtəlif seçki məntəqələrində səsvermənin gedişini izləyiblər. Müşahidələr beynəlxalq standartlara tam uyğun aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.