SİYASƏT


Avropa Xalq Partiyasının nümayəndə heyəti referendumla bağlı son hazırlıqlar barədə məlumatlandırılıb

A+ A

Bakı, 25 sentyabr, AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avropa Xalq Partiyasının De Santa Ana Fernandezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, avropalı beynəlxalq müşahidəçiləri salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib. O, qurumlar arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki və referendum sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir.

Nümayəndə heyətinin rəhbəri və üzvləri ümumxalq səsverməsi (referendum) ilə əlaqədar son hazırlıqlarla maraqlanıblar.

Qonaqların suallarını cavablandıran sədr Məzahir Pənahov referendumda ölkə vətəndaşlarının konstitusion hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları onların diqqətinə çatdırıb.

Görüş qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.