İQTİSADİYYAT


Avropa Yenidənqurma və İnkişaf Bankının TANAP və TAP-a kredit ayırması məsələsi tez bir zamanda həll olunacaq

A+ A

Bakı, 22 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərləri layihələrinə ümumilikdə 1,5 milyard dollar dəyərində kredit ayırması məsələsi tez bir zamanda həll ediləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Yaxın vaxtlarda Azərbaycan hökumətinin nümayəndələri, maliyyə naziri və SOCAR-ın təmsilçiləri ABŞ-a səfər edəcək. Hazırda bununla bağlı danışıqlar aparılır. Yəqin ki, bu məsələ tez bir zamanda həll olunacaq”, - deyə SOCAR-ın prezidenti qeyd edib.

Qeyd edək ki, ötən günlərdə EBRD-in enerji və təbii ehtiyatlar üzrə Rikardo Puliti Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TANAP və TAP qaz boru kəmərləri layihələrinə ayıracağı ümumilikdə 1,5 milyard dollar dəyərindəki kreditlə bağlı oktyabrın 26-da yığıncaq keçiriləcəyini demişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.