CƏMİYYƏT


Avropa ali təhsil məkanına inteqrasiya ilə bağlı müzakirələr aparılıb

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC 

“Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsi üzrə həyata keçirilən “Tvinninq” layihəsi çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində (BDU) görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, ümumi məqsədi Avropa ali təhsil məkanına inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi olan layihənin əsas tərəfdaşları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi (FİNEEC) və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyidir (EKKA).

Layihə çərçivəsində keyfiyyətin gücləndirilməsi, ali təhsil müəssisələrinin akkreditasiyasının təkmilləşdirilməsi, müvafiq sahələrdə siyasətin formalaşdırılmasına dair dialoq, eləcə də beynəlxalq əməkdaşlıq və mobillik kimi Avropa ali təhsil məkanına məxsus prinsiplərin həyata keçirilməsi istiqamətində addımların atılması nəzərdə tutulur.

Görüşdə universitetin rektoru, akademik Abel Məhərrəmov 2015-ci ildən başlanan “Tvinninq” layihəsinin Avropa ali təhsil məkanına inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra “Ali təhsil sahəsində təkmilləşən əməkdaşlıq” mövzusunda seminar keçirilib.

“Tvinninq” layihəsi üzrə rezident, Tvinninq müşaviri Reijo Aholainen layihə çərçivəsində görülən işlərdən danışıb.

Finlandiyanın Novia Tətbiqi Elmlər Universitetinin rektoru Örjan Andersson Rektorlar Şurasının yaradılması ilə bağlı çıxış edib.

Arximed Fondunun direktoru Rait Toompere və Helsinki Universitetinin professoru Kauko Hamalainenin birgə təqdimatı dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.