İDMAN


Avropa çempionatında medallar qazanan cüdoçularımız Vətənə qayıdıblar

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Təl-Əvivdə başa çatan Avropa çempionatında uğurlu nəticə qazanan cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, millimiz İsraildən iki medalla qayıdıb. Yarışda 73 kiloqram çəki dərəcəsində yarışan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Millinin digər üzvü Furudin Dadaşov isə (90 kq) qitə birinciliyinin bürünc medalını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.