İDMAN


Avropa çempionatında ölkəmizi 14 cüdoçu təmsil edəcək

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC 

Sentyabrın 16-dan 18-dək İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. Fərdi və komanda şəkilində keçiriləcək yarışlarda cüdo üzrə Azərbaycan milli komandası da mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, Bakıda baş məşqçi Rəşad Məmmədovun başçılığı altında təlim-məşq toplanışını davam etdirən milli komandamız sentyabrın 13-də İspaniyaya yola düşəcək.

Mötəbər yarışda Azərbaycanı Natiq Qurbanlı, Kəramət Hüseynov (hər ikisi 55 kq), Tofiq Məmmədov, Murad Heydərli (hər ikisi 60 kq), Hidayət Heydərov, Hasil Cəfərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Aslan Mirzəyev, Azər Yaqubov (hər ikisi 90 kq), Etibar Zeynalov (100 kq), Şəfəq Həmidova (44 kq), Leyla Alıyeva (48 kq), Səkinə Zayırova və Leyla Şahin (hər ikisi 57 kq) təmsil edəcəklər.

Qeyd edək ki, 43 ölkədən 409 idmançının (225 oğlan, 184 qız) qatıldığı Avropa çempionatında milli komandamız 14 cüdoçu ilə (10 oğlan, 4 qız) mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.