İDMAN


Avropa çempionatında tüfənglə 50 metr məsafəyə  atəş üzrə kişilərin yarışında qalib müəyyənləşib

Bakı, 24 iyul, AZƏRTAC

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının üçüncü günündə - iyulun 24-də tapança ilə 25 metr, tüfənglə 50 metr məsafəyə atəş açma, eləcə də stend atıcılıq üzrə yarışlar keçirilib.

AZƏRTAC xəbər verir ki, stend atıcılığı üzrə qadın idmançıların yarışında Aydan Camalova gənclər, Şəfəq Əmrahova isə böyüklər arasında məşqlərə başlayıblar.

Kişilər arasında isə tüfənglə 50 metr məsafə atəş yarışında final mərhələsinin qalibi müəyyənləşib. Belarus idmançısı Yuri Sçerbatseviç birinci olub. Avstriyalı Tomas Mathis ikinci, rusiyalı Sergey Kamenski isə üçüncü yeri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.