İDMAN


Avropa çempionatının sonuncu günündə Azərbaycan güləşçisi bürünc medal qazanıb VİDEO

A+ A

Bakı, 25 iyul, AZƏRTAC 

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşçilərinin ilk yarış günündə yığmamız 2 bürünc medal qazanıb, Zaur Nuriyev (50 kq) və Ülvi Qənizadə (69 kq) fərqləniblər.

Son yarış günündə 46, 54, 63, 76 və 100 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurublar.

Yarışda 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Əminzadə Litva və Türkiyədən olan rəqiblərini, ardınca isə Ermənistan təmsilçisini 38 saniyədə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Polşa idmançısına uduzan Əli bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Bolqarıstan idmançısına şans verməyən güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, Əli Əminzadə bir neçə gün bundan əvvəl sərbəst güləş yarışlarında da bürünc medal qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.