CƏMİYYƏT


Avropa dünyanın spirtli içkilərə ən çox meyl edən regionudur

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Avropa regionunda spirtli içkilərə düşkün olmaq ilə bağlı ölüm halları son 25 ildə 4 faiz artıb. Yaşlı əhalisinin adambaşına içdiyi alkoqollu içkilərə görə bu region yenə də dünya lideridir. Dünya Səhiyyə Təşkilatı (DST) Avropa regionunda spirtli içkilərin içilməsi ilə ölüm halları arasında əlaqəni ilk dəfə göstərən yeni məruzə təqdim edib.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, məruzədə təqdim edilən statistika ölkədən ölkəyə fərqlənir. Məsələn, Şərqi Avropa sakinlərinin içkiyə münasibəti Qərb ölkələrinin əhalisindən fərqlənir.

Eyni zamanda Avropa İttifaqının üzvü olan ölkələrdə lap çox içirlər. Məruzə müəlliflərinin məlumatına görə, bu ölkələrdə yaşı 14-dən çox olan əhalinin beşdəbir hissəsi həftədə azı bir dəfə beş qədəhdən çox spirtli içki içərək lül-qənbər olur. Təəccüblü deyildir ki, bu cür davranış ürək-damar və xərçəng xəstəliklərinə, qaraciyər sirrozuna, habelə qəsdən və ya təsadüfən yetirilən bədən xəsarətlərinə gətirib çıxarır.

Ekspertlər ölkələri spirtli içkidən sui-istifadə hallarının səviyyəsini azaltmağa və əhalinin sağlamlıq durumunu yaxşılaşdırmağa kömək edən tədbirlər görməyə çağırırlar. Spirtli içkilərin satışına məhdudiyyətlərin qoyulması, belə içkilərə görə vergilərin artırılması, reklamının və təbliğinin qadağan edilməsi kimi tədbirlər artıq öz səmərəliliyini sübut edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.