ELM VƏ TƏHSİL
Avropa enerji təhlükəsizliyi diplomatiyası və geosiyasətində Azərbaycanın rolu tədqiq edilib
Paris, 17 may, AZƏRTAC
Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin attaşesi Yusif Hüseynovun Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbində “Avropa enerji təhlükəsizliyi diplomatiyası və geosiyasətində Azərbaycanın rolu” mövzusunda doktorluq müdafiəsi olub. Doktorluq mövzusu akademik komissiya tərəfindən ən yüksək “summa cum laude” ilə qiymətləndirilib.
Yusif Hüseynov doktorluq işində Avropa enerji siyasətində Azərbaycanın rolunu geniş araşdırıb, müxtəlif regional və qlobal yanaşmaların, eləcə də müxtəlif bölgələrdə baş verən müharibələrin, təhlükəsizlik məsələlərinin və geosiyasi toqquşmaların müfəssəl təhlilini aparıb. O, Azərbaycanın alternativ marşrutlarla Avropa enerji bazarlarına, xüsusilə də qaz bazarlarına töhfəsini, ölkəmizin rəhbərliyi altında Cənubi Qafqaz və Xəzər dənizi regionlarında çoxşaxəli enerji siyasətinin rolunu tədqiq edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris