DÜNYA


Avropa neonasistlərinin toplantısının qarşısı alınıb

Praqa, 8 iyun, AZƏRTAC

Təşkilatçılar Trutnov yaxınlığında “Bohemia Excalibur Night” festivalını ləğv ediblər. Bu şəhərə Avropanın hər yerindən neonasizm tərəfdarları gəlməli idilər. Çərşənbə axşamı Aktuálně.cz serveri tədbirə hazırlığa diqqət yetirdikdən sonra aksiya ləğv edilib. İyunun 9-10-da Hotevitsedə avtokempinqdə keçirilməsi nəzərdə tutulan festivalda “White Demons”, “Legittima Offesa”, “Katastrof” kimi qrupların çıxış etməsi planlaşdırılırdı. Bu qruplar özlərinin təsdiq etdiyinə görə, “ari rok” və digər musiqilər ifa edirlər. Bütün bu qruplar irqçi fikirləri olan mətnləri ilə fərqlənirlər. Yerli administrasiya, guya necə adamların gəlməyə hazırlaşmasından xəbəri yoxmuş kimi aksiyanın keçirilməsinə icazə vermişdi. Lakin buna inanmaq çətindir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.