CƏMİYYƏT


Avropa ölkələrində “evdar” kişilərin sayı artıb

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC 

Britaniya alimləri müəyyən ediblər ki, son illər Avropa ölkələrində ev təsərrüfatı ilə məşğul olan güclü cinsin nümayəndələrinin sayı artıb.

AZƏRTAC “medportal.ru” saytına istinadla xəbər verir ki, mütəxəssislər 1961-ci ildən 2011-ci ilədək olan dövrdə Avropa ölkələrində kişi və qadınların ev işinə sərf etdikləri ümumi vaxtı təhlil ediblər. Məlum olub ki, İspaniya və İtaliyada yaşayan qadınlar digər dövlətlərdə yaşayan zərif cinsin nümayəndələri ilə müqayisədə ev işlərinə daha çox vaxt ayırıblar. Bununla yanaşı, otuz altı il əvvəl italyan xanımlar ev işlərinə öz ərləri ilə müqayisədə iki yüz dəqiqə daha çox vaxt ayırıblar. Oxşar vəziyyət Avropanın digər ölkələrində də müşahidə edilir. Məsələn, 1961-ci ildən 2005-ci ilədək olan dövrdə Böyük Britaniyada qadınlar ev işlərinə yüz iyirmi bir dəqiqə az vaxt ayırmağa başlayıblar. Eyni zamanda, kişilər əlli il ərzində ev işlərinə daha çox vaxt sərf etməyə başlayıblar. Qeyd edilir ki, Norveçdə və Finlandiyada kişilər arasında “evdarların” sayı digər ölkələrlə müqayisədə daha çox artıb.

Araşdırmanın nəticələri göstərdi ki, sosial-siyasi islahatların aparılmaması və işəgötürənlərin müəyyən münasibəti nəticəsində cəmiyyətdə kişilərin və qadınların rolları dəyişə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.