CƏMİYYƏT


Avropa ölkələrində yeni quş qripi ocağı yaranıb

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Hazırda Avropada vəhşi quşlar arasında A(H5N8) virusunun yayılması müşahidə edilir. Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri hesab edirlər ki, insanın quş qripinə yoluxması ehtimalı minimaldır. Lakin onların hamısı sayıqlıq nümayiş etdirməyi, xəstə quşlara yalın əllə toxunmamağı, quş ətindən yemək hazırlayan zaman maksimum ehtiyatlı olmağı, habelə yeri hakimiyyət orqanlarını xəstə quşlar barədə məlumatlandırmağı məsləhət görürlər.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, 2016-cı ilin iyun ayında DST-nin Avropa Regional Bürosuna Avstriya, Macarıstan, Almaniya, Danimarka, İsrail, Niderland, Polşa, Rusiya, Xorvatiya və İsveçrə ərazilərində vəhşi quşlarda, bəzi hallarda ev quşlarında A(H5N8) quş qripinin ən patogen formalarından birinin aşkar edilməsi barədə informasiya daxil olub.

İnsanların H5N8 virusuna yoluxma riskinin cüzi olduğunu qeyd edən həkimlər virusun mutasiya edə biləcəyini istisna etmirlər. Onlar xatırladıblar ki, əvvəllər insanların quş qripinin belə tiplərinə yoluxması ilə bağlı ayrı-ayrı hallar qeydə alınıb.

2014-cü ildən etibarən bu, regionda vəhşi və ev quşları arasında yaranmış artıq ikinci A(H5N8) qripi ocağıdır. Quş qripinin bu növü külli miqdarda quşun, o cümlədən toyuq, ördək və qazların tələf olmasına gətirib çıxarır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.