CƏMİYYƏT


Avropa ölkələrinin səhiyyə qurumlarının kadr potensialı gücləndirilir

Bakı, 3 iyul, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Səhiyyə siyasətinin formalaşmasında səhiyyənin informasiyalaşdırılması aspektlərinin və aparılan elmi tədqiqatların dərindən öyrənilməsi”nə həsr olunmuş kurs keçirilib. Kursa əsasən səhiyyəyə dair məlumatların təhlili, səhiyyə siyasətinin formalaşdırılması və icrası sahəsində çalışan, əhalinin sağlamlığı sahəsində statistik məlumatlarla işləyən, araşdırmaların aparılması ilə məşğul olan mütəxəssislər dəvət olunub.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəhbər işçiləri – mərkəz direktorunun birinci müavini Rauf Məmmədov və Monitorinq və təhlil şöbəsinin müdiri Qəhrəman Haqverdiyev kursda iştirak edib.

İSİM-dən AZƏRTAC-a bildirilib ki, kursun əsas məqsədi səhiyyənin informasiyalaşdırılması, Avropa regionu ölkələrinin səhiyyə qurumlarının kadr potensialının gücləndirilməsindən ibarət olub.

Mühazirələr, fərdi və qrup şəkilində məşğələlərdən ibarət təlim zamanı iştirakçıların hər biri öz ölkəsinin məlumatları əsasında “Sağlamlıq-2020”-nin göstəricilərinə uyğun şəkildə tövsiyələr verib, zəncirvari araşdırma aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.