DÜNYA


Avropa parlamenti Aİ-ni Türkiyə ilə danışıqları dayandırmağa çağırıb

Bakı, 6 iyul, AZƏRTAC

Avropa parlamenti Avropa İttifaqı ölkələrini Türkiyənin birliyə daxil olması ilə bağlı danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, qətnamə 64 səsə qarşı 477 səslə qəbul olunub, 97 parlamentari isə bitərəf qalıb. Sənəddə Türkiyə hakimiyyət orqanlarının konstitusiya islahatını hakimiyyət bölgüsünü təmin edən dəyişiklik aparmadan reallaşdıracağı təqdirə Avropa komissiyasına və üzv-dövlətlərə bu ölkənin Aİ-yə üzvlüyü barədə danışıqları dayandırmaq tövsiyə olunur.

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa parlamentinin qərarını sərt tənqid edib. XİN-dən bununla bağlı verilən açıqlamada deyilir ki, əsası olmayan iddialara və iftiralara söykənən qətnamə quruma bəslənilən etimadı sarsıdır. Türkiyə tərəfi bu qərarı rədd edir və onu yox kimi sayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.