SİYASƏT


Avropa parlamentinin vitse-prezidenti və Azərbaycan üzrə məruzəçisi Ermənistanın hərbi cinayətlərini pisləyiblər

Brüssel, 7 iyul, AZƏRTAC

Avropa Parlamentinin vitse-prezidenti Rixard Çarneçki və Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Ermənistanın hərbi cinayətlərini qəti şəkildə pisləyərək, birgə bəyanatla çıxış ediblər. Оnlar Ermənistandan mülki şəxslərin - qadınların və uşaqların qətlini dayandırmağı tələb ediblər.

“Bu qətl Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində olub. Belə ağır cinayətlərə bəraət yoxdur. Biz günahkarların cəzalandırılması üçün dərhal təhqiqatın başlanmasına çağırırıq. Biz Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatları dayandırmağı tələb edirik”, – deyə bəyanatda qeyd olunub.

Sənəddə, həmçinin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.