DÜNYA
Avropa standartlarına görə istifadəyə yararsız yanacaqlar Afrika ölkələrinə satılır
Bakı, 17 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Avropa standartlarına görə istifadəyə yararsız və çirkli olan yanacaqlar Afrika ölkələrinə satılır.
AZƏRTAC xəbər verir ki, bu barədə İsveçrənin “Public Eye” qeyri-hökumət təşkilatının apardığı araşdırma nəticəsində açıqladığı hesabatda məlumat verilir. Bildirilir ki, Avropadakı maye yanacaq paylayıcı şirkətlər və neft istehsalçıları Afrikaya sulfid nisbətləri Avropa İttifaqı (Aİ) standartlarından çox yuxarı olan dizel yanacağı satışını həyata keçirir.
İsveçrədəki maye yanacaq istehsalçılarından olan “Vitol”, “Trafigura” və “Addax & Oryx”in Afrikaya “çirkli dizel” satan şirkətlər arasında olduğu bildirilir. “Trafigura” və “Vitol” hesabatın səhv anlaşıldığını və ölkələrində pərakəndə satışa tətbiq olunan qanuni sərhədlər çərçivəsində çalışdıqlarını söyləyirlər.
Bu üç şirkəti isə, bazarın ehtiyaclarını qarşıladıqlarını və ehtiyac olduqda daha yüksək kükürd səviyyəli yanacaq istehsal etməkdə heç bir mənfəətlərinin olmadığını iddia edirlər.