DÜNYA
Avropa strateji investisiyalar fondunun ilkin kapitalı 21 milyard avro olacaq
Bakı, 26 noyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) strateji investisiyalar fondu yaratmaq niyyətindədir. Fondun ilkin kapitalının 21 milyard avro olacağı bildirilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məşğulluq, investisiya artımı və rəqabət üzrə Avropa komissarı Yurki Kataynen məlumat verib.
Bazarda qiymətli kağızlar bolluğunun, lakin investisiya layihələri barədə məlumat qıtlığının yarandığını bildirən Kataynen fondun başlanğıc kapitalının ilk növbədə “risklərin amortizasiyası” üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Aİ-nin yeni fond yaratmaq haqda niyyətini açıqlayan Avrokomissiyanın başçısı Jan-Klod Yunker Avropa parlamentinə 300 milyard avroluq investisiya proqramını təqdim edərkən üzv ölkələrin fonda ödəyəcəyi vəsaitin onlar tərəfindən yerinə yetirilən avrozonada stabillik və inkişaf paktının qiymətləndirilməsinə təsir etməyəcəyinə söz verib. Yunker çıxışında, həmçinin Avropa parlamentini fondun yaxın vaxtlarda fəaliyyətə başlaması üçün müvafiq qanun qəbul etməyə də səsləyib.
Avropa İnvestisiya Bankının prezidenti Varner Xoyer isə öz növbəsində investisiya səviyyəsinə görə Avropanın 2007-ci ildəki göstəricidən azı 15-20 faiz geri qaldığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]