Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa türkofobiya meyillərini yalançı demokratiya pərdəsi altında gizlədir

Avropa türkofobiya meyillərini yalançı demokratiya pərdəsi altında gizlədir

Bakı, 28 aprel, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının Türkiyədə monitorinqi yenidən bərpa etmək barədə qərarı Azərbaycan ictimaiyyətinin də kəskin etirazına səbəb olub. AZƏRTAC Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəylinin bununla bağlı məqaləsini təqdim edir.

Məqalədə həmin ədalətsiz və qərəzli qərarın nədən qaynaqlandığına, Avropanın bəzi beynəlxalq qurumlardan Türkiyəyə, bütövlükdə İslam dünyasına, o cümlədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməsinə və bu kontekstə cəmiyyətimizi düşündürən digər aktual problemlərə münasibət bildirilir.

Günümüzdə baş verən hadisələr bir daha göstərir ki, Avropa orta əsrlər təfəkküründən irəli gedə bilməyib. Müasir dövrdə Avropanın modernləşmə və qloballaşma nüvəsi hesab olunmasına baxmayaraq, hadisələrin təhlili göstərir ki, bu cür yanaşma yalnız Qərb dəyərlərinin bütün dünyaya vahid şablonlar çərçivəsində tətbiqinə əsaslanır. Hazırda özününkü olmayanların özgə hesab olunması və bu özgələrin müstəqil qərar və seçimlərinə hörmət edilməməsi Avropanın orta əsrlər təfəkküründən doğur. Belə ki, orta əsrlərdə “Qoca qitə” sakinləri yalnız xristian dəyərlərə inanır və bu dəyərlərdən kənarda heç nəyi qəbul etmirdilər. Avropa “xristianlıq qalası” hesab olunurdu və bu məkanda ən böyük düşmən və ya rəqib kimi müsəlman türkləri görürdülər.

Əsrlər keçsə də, bu təfəkkürün dəyişmədiyini demək mümkündür. Belə ki, son illər yerli əhalisi sürətlə qocalan Avropa ölkələri miqrant axınını öz gələcəkləri üçün əsas çağırış hesab edirlər. Miqrantların əksəriyyətinin müsəlman ölkələrdən olması Avropanı orta əsrlərdə olduğu kimi, yenidən İslam dünyası ilə qarşı-qarşıya qoyub. Sadəcə hazırda insan haqları, demokratik dəyərlər, tolerantlıq, dini və etnik dözümlülük kimi prinsipləri özünə şüar edən Avropa xristian olmayanlara münasibətdə bu prinsipləri yaddan çıxarır.

Azərbaycan da müstəqillik illəri ərzində Avropada müəyyən qüvvələr tərəfindən idarə olunan dairələrin əsassız ittihamları ilə qarşılaşır. Ən acınacaqlısı isə odur ki, bir sıra hallarda beynəlxalq və dövlətlərarası münasibətlərdə Avropa təsisatları dövlətlərin suveren hüquqlarına hörmət etmirlər. Hazırkı dünya nizamının, BMT-nin əsas şərti bütün dövlətlərin suveren hüquqlarına qarşılıqlı hörmət olmalıdır. Lakin təəssüf ki, Qərbin özünün yaratdığı bu dünya nizamında bəzən dövlətlərin müstəqil siyasət yeritmək, öz xalqının tələblərinə və istəyinə uyğun yaşamaq hüququna hörmət edilmir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin yenidən monitorinq altına alınması ilə bağlı qəbul etdiyi qərar də bu qəbildəndir. Həm Türkiyə, həm Azərbaycan dəfələrlə Avropanın yerli xüsusiyyətləri nəzərə almadan vahid şablon standartların tətbiq olunması nəticəsində əsassız ittihamlarla qarşılaşmışlar. Ən narahatedici məqam isə odur ki, Avropa qurumlarının bu tələbləri səslənərkən müstəqil ölkələrin əhalisinin əksəriyyətinin rəyi ümumiyyətlə nəzərə alınmır.

Qeyd etməliyik ki, müstəqil dövlətlərin əhalisinin əksəriyyətinin dəstəklədiyi suveren hüquqlarına hörmət edilməməsi Avropa qurumlarının özünün gələcəyi üçün olduqca aktual çağırışdır. Bir faktı xatırlamaq da yerinə düşər. Bu yaxınlarda Macarıstan hökuməti Budapeştdə fəaliyyət göstərən Corc Sorosa məxsus universitetin bağlanması ilə bağlı qərar qəbul edib. Macarıstan hökumətinin ölkənin milli maraqlarını nəzərə alaraq qəbul etdiyi bu qərar ölkənin suveren hüququ və daxili işidir. Bu qərardan sonra Avropanın bütün təsisatlarında qərarın siyasiləşdirilməsi, demokratiyadan geri çəkilmə, insan hüquq və azadlıqlarının qorunması kimi məsələyə aid olmayan geniş bir kampaniya başlanıb. Buna suveren dövlətin daxili işlərinə müdaxilədən başqa bir ad vermək mümkün deyil. Belə görünür ki, Avropa xalqlarından etnik mənşə baxımından fərqlənən və son illər öz xalqının istəklərinə uyğun müstəqil siyasət yeridən Macarıstan da özgə dəyər daşıyıcısı kimi qəbul olunur və bütün böhtan kampaniyalarının əsasında məhz bu faktor dayanır.

AŞPA-nın qəbul etdiyi “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı qətnamə də Avropanın türkofobiya düşüncəsindən irəli gəlir. Bu qurumun insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətlə bağlı “dərin narahatlıqlar” “qaneedici şəkildə aradan qaldırılmayanadək” Türkiyəyə münasibətdə monitorinq prosedurunu yenidən bərpa etmək qərarı son illər regionda və dünyada güclü müstəqil siyasət yeridən qardaş Türkiyəyə qarşı siyasi təsir aləti və şantaj vasitəsi kimi qiymətləndirilməlidir.

Bu ədalətsiz və qərəzli qərarı daha geniş mənzərənin bir hissəsi kimi nəzərdən keçirmək lazımdır. Şübhəsiz, bu qərar həm Avropanın “xristian klubu” anlamında öz daxilində, həm də qonşuları ilə əlaqələrində baş verən proseslərin nəticəsidir. AŞPA-nın bu qərarında son zamanlar Avropada Türkiyəyə qarşı formalaşmış münasibət aydın şəkildə hiss olunur və bu da əslində həmin qərarın insan hüquqları, demokratiya kimi meyarlar əsasında deyil, sırf siyasi, hətta deyərdim ki, geosiyasi mülahizələr əsasında qəbul edildiyini göstərir.

Türkiyə 1949-cu ildən Avropa Şurasının üzvü və onun yaradıcılarından biridir. Türkiyənin Avropa Şurası ilə dərin əməkdaşlığı çərçivəsində bir çox siyasi islahatlar həyata keçirilib ki, bunun da nəticəsində 2004-cü ildə AŞPA Türkiyənin monitorinq prosedurundan çıxarılması haqda qərar qəbul edib. Eyni zamanda, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın prezidenti kimi fəaliyyət göstərib. Əlbəttə ki, bütün bunlar Türkiyənin qurum daxilindəki nüfuzu, onun fəaliyyətinə verdiyi töhfənin göstəriciləridir.

Demokratik standartlara uyğunluq baxımından Türkiyə Avropa ölkələrindən heç də geri qalmır. Əlbəttə, bütün bunlara baxmayaraq, onun hələ də Avropa İttifaqına qəbul edilməməsi ayrıca bir mövzudur. Son referenduma gəlincə, 2016-cı ilin iyulunda baş vermiş dövlət çevrilişi cəhdi və eyni zamanda, terror hücumlarının artması Türkiyə dövlətçiliyinin və suverenliyinin müdafiəsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından bir sıra addımların atılmasını zəruri edirdi. Belə bir şəraitdə, əhalinin istəyinə uyğun olaraq, dövlətin gələcək inkişaf yolunu müəyyən edən referendumun ən yüksək səviyyədə təşkili Türkiyə hakimiyyətinin demokratik ənənələrə sadiqliyinin sübutudur. Türkiyənin terrorçu kimi qəbul etdiyi şəxslərə “siyasi mühacir” statusu verən Avropa ölkələrinin bu məsələyə münasibəti isə ciddi suallar doğurur. Maraqlıdır ki, bir müddət əvvəl işğalçı Ermənistanda total korrupsiya və ciddi seçki pozuntuları şəraitində keçirilmiş parlament seçkilərində açıq-aşkar saxtakarlıq və qayda pozuntuları olsa da, Avropa qurumları belə sərt qərarlar qəbul etmədilər.

Beləliklə, fikrimizcə, Avropada türkofobiya meyilləri yalançı demokratiya pərdəsi altında gizlədilir. Avropa insan hüquqları, demokratiya kimi məsələlərdə standartları müəyyən etmək, digərlərini qiymətləndirmək hüququnu artıq itirib. Öz daxilində ultramillətçilik, şovinizm, islamofobiya kimi meyillərə qarşı mübarizə aparmaqda çətinlik çəkən, müxtəlif maraqlar çərçivəsində ayrı-ayrı ölkələrə fərqli yanaşan, ikili standartları rəhbər tutan Avropa bu məsələlərdə rəy vermək səlahiyyətinə malik olmamalıdır. Avropa dünyanı özününkü və özgələrə böldükcə bəşəriyyət daim böyük təhdidlər və problemlərlə üzləşəcək. Türkiyəyə qarşı Avropa qurumlarının bu yanaşması qərəzlidir və Azərbaycan bu ədalət mübarizəsində daim qardaş ölkənin yanındadır.

Ərəstü Həbibbəyli

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar