Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropada superdövlət: real plan, yoxsa "Brexit" şoku?

Avropada superdövlət: real plan, yoxsa

Qərb mətbuatında yeni superdövlətin meydana gələ biləcəyi barədə informasiyalar yayılır. Bu təşəbbüsün arxasında Fransa və Almaniyanın dayandığı bildirilir. Parislə Berlinin yaxın perspektivdə Avropa İttifaqında (Aİ) inteqrasiya proseslərini daha da dərinləşdirərək, faktiki olaraq vahid dövlət yaratmağı hədəflədiklərini yazırlar. Bu zaman konkret bir plan ortaya qoyulmur. Daha çox Aİ-də inteqrasiya tərəfdarlarının əhvali-ruhiyyəsinə sığal çəkən fikirlər ifadə edilir. Ancaq bu da faktdır ki, təşkilatın böyük dövlətlərinin rəhbərləri görüşərək, Böyük Britaniyanın aldığı qərarı müzakirə ediblər. Onlar Aİ-nin mövcudluğunun zəruriliyi fikrini yekdilliklə vurğulayıblar. Bu informasiyalar təşkilatda hansı proseslərin başladığını göstərir? Ümumiyyətlə, Avropa İttifaqının gələcəyi haqqında hansı proqnozları vermək olar?

Çıxış yolu axtarışı: Berlin, Paris və Romanın narahatlığı

Artıq "Brexit" öz siyasi nəticələrini verməkdədir. Avropa İttifaqının böyük dövlətləri təşkilatın taleyi ilə bağlı aktiv müzakirələr aparırlar. KİV hazırlanmış bir sıra sənədlərdən bəhs edir. O cümlədən "TVP Info" telekanalı Avropada superdövlətin yaradılması layihəsinin hazırlandığı barədə informasiya yayıb. "Financial Times" qəzeti isə vahid Avropa ordusunun formalaşdırılmasından yazır.

Bunlar gözlənilən reaksiyalardır. Bir tərəfdən, Aİ-nin özü təşkilat olaraq problemlərlə xeyli vaxtdır ki, mübarizə aparır. Digər tərəfdən isə, Böyük Britaniyanın İttifaqı tərk etməsi böhranın yeni səviyyəyə yüksəldiyini göstərir. Bu iki məsələ Brüsseli hərəkətə gətirməlidir. Əks halda, proseslər neqativ istiqamətdə zəncirvarı olaraq inkişaf edə bilər.

Bu səbəbdəndir ki, Berlində Almaniya, Fransa və İtaliya rəhbərliyi görüşüb, "Brexit"lə bağlı müzakirələr aparıblar. Görüşdə prezident F.Olland, federal kansler A.Merkel və baş nazir M.Renzi Böyük Britaniyanın İttifaqı tərk etməsinin təşkilat üçün nə kimi nəticələr verə biləcəyi barədə danışıb (bax: AB liderleri Berlin'de Brexit'i görüştü / "tr.euronews.com", 27 iyun 2016), maraqlı qənaətə gəliblər. Hər şeydən əvvəl, liderlər Londonun qərarına hörmətlə yanaşdıqlarını bəyan ediblər. Lakin Böyük Britaniyanın İttifaqı tez tərk etməsini də gözlədiklərini bildiriblər. Xüsusilə Fransa prezidenti bu prosesi gecikdirməyin təşkilat üçün ciddi siyasi, psixoloji və maliyyə sıxıntıları yarada biləcəyini vurğulayıb. İtaliyanın baş naziri bu mövqe ilə razılaşıb. A.Merkel isə birbaşa bəyan edib ki, Britaniya üçün geriyə yol yoxdur. Onunla yenidən quruma üzv olmaqla bağlı hər hansı müzakirə aparıla bilməz.

Məsələ ondan ibarətdir ki, "Brexit"in əslində nə vaxt olacağı və keçid dövrü üçün hansı müddətin qoyulacağı məsələləri hazırda qətiyyən aydın deyil. Bir sıra siyasi liderlər isə referendumun yenidən keçirilməsindən bəhs edirlər. Fransa, Almaniya və İtaliya rəhbərliyinin buna mənfi reaksiya verməsi geosiyasi aspektdə və Aİ-nin gələcək taleyi baxımından çox düşündürücüdür.

Belə məlum olur ki, onlar Londonun bu qərarından elə də narahat deyillər, əksinə, İngiltərədən canlarını tez qurtarmağa çalışırlar. Bunun belə olub-olmadığını zaman göstərəcək, ancaq Aİ-nin artıq öz aqibəti barədə düşündüyünü demək olar. Bu baxımdan yuxarıda vurğuladığımız superdövlət ideyası maraq doğurur.

"TVP Info"nun yaydığı informasiyaya görə, Aİ-yə üzv dövlətlərin daha dərin inteqrasiyası üçün islahatlar paketi hazırlanıb (bax: Франция и Германия хотят создать Европейское супергосударство вместо ЕС / "Expert Online", 27 iyun 2016). Həmin sənədi Almaniya və Fransa Xarici İşlər nazirlikləri imzalayıblar. İndi onu İttifaqın digər üzvlərinə verməyi düşünürlər. Plana görə, Avropada vahid superdövlət yaranır ki, onu Aİ-nin böyük dövlətləri idarə edirlər. Təşkilatın üzvləri öz ordularına, xüsusi xidmət orqanlarına, milli valyutaya, Cinayət Məcəlləsinə malik olmayacaqlar. Sərhədlərə nəzarət vahid mərkəzdən həyata keçiriləcək. NATO-nun fəaliyyəti məhdudlaşacaq, xarici siyasət ümumi olacaq (bax: əvvəlki mənbəyə).

Bütün bunlar Aİ-də inteqrasiyanın dərinləşməsi kimi təqdim edilir. Lakin onun həyata keçirilməsinin asan olmadığı aydındır. Eyni zamanda, Aİ-nin liderlərinin bu cür sadəlövh modeli tətbiq etmək fikrində olduqlarını da düşünmək doğru deyil. Çünki yuxarıda sadalanan şərtlər Avropa ölkələrinin müstəqilliyini itirməsini nəzərdə tutur. Görünür, Avropada kimlərsə yaranmış vəziyyətdən istifadə edib, birlik ideyasının düşmənlərinin dəyirmanına su tökmək qərarına gəliblər. Lakin inteqrasiyanı gücləndirmək ideyasının mövcudluğu da faktdır.

Aİ-nin vahid ordusu yaradılır?

Sənədin preambulasında Avropada siyasi ittifaqa can atacaqlarını və bütün avropalıları bu layihədə iştirak etməyə dəvət etdiklərini vurğulayıblar (bax: əvvəlki mənbəyə). Bu da təbiidir, çünki "Brexit"dən dərhal sonra Aİ üzvü olan bir sıra ölkələrin siyasi dairələrində analoji referendum keçirməyə çağırışlar olub. Faktiki olaraq təşkilat yol ayrıcında qalıb – qurum ya tədrici dağılmalı, ya da yenidən toparlanmalıdır. Bu səbəbdən daha dərin inteqrasiyaya çağırışlar normaldır.

"Financial Times" qəzetinin Avropa ölkələrinin vahid silahlı qüvvələr yaratmaq üzərində işlədiyi haqqında informasiya yayması bu kontekstdə maraqlıdır (bax: Европейские власти намерены создать единые вооруженные силы ЕС / RNS, 27 iyun 2016).

İttifaqın təhlükə qarşısında olduğu vurğulanır və daha sıx birləşmək üçün orduları inteqrasiya etməyin lazım gəldiyi fikri irəli sürülür. Ümumilikdə ilk olaraq təşkilati strukturları optimallaşdırmaqdan başlamağın, bundan sonra digər sahələr üzrə əməkdaşlığı inkişaf etdirməyin düzgün olduğu bildirilir.

"Brexit"dən dərhal sonra bu kimi informasiyaların yayılması nəyi ifadə edir? Hər şeydən öncə, Avropa İttifaqında bir panik əhvali-ruhiyyənin meydana gəldiyini deyə bilərik. Avropalılar İttifaqın dağıla və nəticədə, təhlükəsizlik məsələsində mürəkkəb problemlər meydana gələ biləcəyindən, xüsusilə Rusiyanın hansısa sərt addımlar ata biləcəyindən ehtiyatlanır, bu səbəbdən də ilk növbədə müdafiəni gücləndirməyi düşünürlər.

Bununla yanaşı, Aİ-də, ümumiyyətlə, mərkəzdənqaçma tendensiyasının inkişaf etməsindən bərk narahatdırlar. İttifaqın bir sıra üzv ölkələrində millətçiliyin, şovinizmin və separatizmin yeni səviyyəyə yüksəldiyi sirr deyil. Seçkilərdə həmin baxışları üstün tutan siyasilərin getdikcə daha çox səs toplaması bunun bariz nümunəsidir.

Bunlarla yanaşı, Avropada islamofobiya geniş yayılır. Artıq o, siyasi mühitdə də özünə möhkəm yer etməkdədir. Ancaq hər kəs bilir ki, indi müsəlmanlar Qərb cəmiyyətinin ayrılmaz bir hissəsidir. Belə çıxır ki, islamofobiya da faktiki olaraq Avropa cəmiyyətlərini parçalayır, ayrı-seçkilik əhvali-ruhiyyəsini gücləndirir.

İttifaq daxilində liderlik uğrunda mübarizənin gücləndiyini də gizlətmək olmaz. Təsadüfi deyil ki, yeni superdövləti Fransa ilə Almaniyanın yaratmaq istədiyi haqqında informasiyalar yayırlar. Yəni bu iki güclü dövlət Aİ-də liderliyi ələ almaq niyyətindədirlər. Bu kontekstdə Berlinlə Paris üçün Böyük Britaniyanın təşkilatı tərk etməsi sərf edir.

Nəhayət, ekspertlərin də vurğuladığı kimi, Avropa iqtisadiyyatında ciddi problemlər mövcuddur. Uzun müddətdir ki, onların həll edilməməsi təşkilatın cəlbediciliyini zəiflədir. Avropalılar xatırlayırlar ki, Yunanıstanda maliyyə böhranı pik səviyyəyə çatarkən, Almaniya bu ölkəni avrozonadan çıxarmağa çalışırdı. Bu nümunə onu göstərdi ki, Aİ-də "yıxılanı xilas etməyə deyil, vurmağa" hazır olanlar var. Nitsşe fəlsəfəsində olduğu kimi, "biri uçurumun kənarındadırsa, itəli getsin" düşüncəsi Aİ-də mövcuddur. Bu da insanlarda müəyyən psixoloji qorxu yaradır.

Bunlar Brüsselin siyasi-psixoloji şok vəziyyətindən çıxa bilmədiyini təsdiqləyir. Təşkilata daxil olan böyük dövlətlər "Brexit"dən ən az itkilərlə qurtulmaq kursunu seçiblər. Onlar çətinliyə düşən dostlarını xilas etməyə deyil, öz canlarını qurtarmağa cəhdlər edirlər. Yaranmış fürsətdən bir sıra dairələr Aİ-də üstünlüyü ələ almaq üçün yararlanmağa çalışırlar.

Bütün bunlar ekspertlərin Aİ-nin gələcəyi ilə bağlı müxtəlif ssenarilərin reallaşa biləcəyi haqqında bir qədər əvvəl verdikləri proqnozların əsaslı olduğunu göstərir. Doğrudan da, bu təşkilatın konkret hansı xətt üzrə inkişaf edəcəyi barədə dəqiq fikir söyləmək xeyli risklidir. Onu daha çox qeyri-müəyyənlik və çaşqınlıq xarakterizə edir. Lakin əsl proseslər, bizcə, Böyük Britaniyanın təşkilatı faktiki olaraq tərk etməsindən sonra başlayacaq. Buna isə ən azı 2 illik bir zaman vardır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib