DÜNYA


Avropada yeni terror hədələri

Vyana, 27 iyun, AZƏRTAC

Avropa İttifaqının Polis Xidməti - Avropol Avropada yeni terror aktlarının törədilə biləcəyinə dair xəbərdarlıq edib. Qurumun direktoru Rob Ueynrayt “Neue Osnabrücker Zeitung” qəzetinə verdiyi müsahibədə bildirib ki, Avropada terror təhlükəsi son 20 ildə ən yüksək həddə çatıb və əldə edilən məlumatlar bu təhlükənin getdikcə artacağına işarə edir.

R. Uenrayt qeyd edib ki, təkcə ötən il Avropa ölkələrində 718 nəfər radikal dini qruplarla əlaqəsinə görə həbs olunub. O, Brüssel, Paris və London kimi şəhərlərdə baş vermiş terror aktlarını nəzərə alaraq, bütün Avropa ölkələrində çevik antiterror qüvvələrinin yaradılmasına çağırış edib. Eyni zamanda, terrorda şübhəli bilinən şəxslərin daha effektli şəkildə nəzarətə götürülməsi və izlənilməsi məqsədilə təhqiqatçılara onlayn kommunikasiya xidmətlərinə nəzarət də daxil olmaqla geniş səlahiyyətlərin verilməsi tələb olunub. Müasir dövrdə ünsiyyətin ənənəvi kommunikasiya kanallarından internet üzərinə transfer olunması hüquq-mühafizə orqanlarını yeni çətinliklər qarşısında qoyur və qanunvericilikdə müvafiq dəyişikliklərin aparılmasını zəruri edir.

R.Uenrayt Avropada bütün açıq ictimai tədbirlərin, xüsusilə də iyulun əvvəlində Hamburqda keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin sammitinin terrorçular üçün potensial hədəf olduğunu qeyd edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.