CƏMİYYƏT


Avropalı alimlər yeni güclü antibiotik ixtira ediblər

Nikosiya, 20 may, AZƏRTAC

Nüfuzlu “Chemical Science” elmi jurnalının titul səhifəsində “Biocev” təhqiqat mərkəzinin mütəxəssisi, doktor İrji Yanatanın rəhbərliyi ilə avropalı mikrobioloqların yeni kəşfi barədə məlumat dərc edilib. Alimlər malyariyadan, yaxud stafilokok və ya streptokokların səbəb olduğu infeksiyalardan əziyyət çəkən pasiyentlərə kömək edə biləcək “Celin” adlı yeni antibiotik yaratmağa nail olublar. Qeyd edək ki, çexiyalı alimlərin kəşfi barədə məlumat ilk dəfədir belə nüfuzlu nəşrin üz qabığına çıxarılır.

Yeni maddə dərhal patentləşdirilib və mikroorqanizmlərin daha geniş qrupuna onun təsirinin öyrənilməsi üçün ümumi sınaqlar başlanıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Nikosiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.