Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Avropalı ekspertlər: Azərbaycanın məhkəmə sistemində apardığı səmərəli islahatlar bir çox ölkələrə nümunə ola bilər

Ədliyyə naziri Fikrət Məmmədovun AZƏRTAC-a müsahibəsi

Bakı, 22 iyun, AZƏRTAC

Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı məqsədyönlü islahatlar aparılır, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmə sisteminin tətbiqi üzrə mühüm işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun yeni müasir infrastruktur yaradılır. Bununla əlaqədar oxucularımıza ətraflı məlumat vermək üçün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun fikirlərini öyrənmək istədik.

– Hörmətli Fikrət müəllim, mətbuatda xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsi üçün yeni müasir inzibati binanın açılışı olub. Bu münasibətlə Sizi, məhkəmə hakimiyyətinin təmsilçilərini təbrik edirik. Bu yeni binanın üstünlükləri barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.

– Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məhkəmə hakimiyyətinə verdiyi böyük önəmin təzahürü olaraq Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını şəxsən həyata keçirməsi hər bir məhkəmə və ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanıb. Bu, dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən beşinci məhkəmə binasıdır.

Ümumiyyətlə isə son illər məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində ölkəmizdə konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən Bakı şəhərinin Sabunçu və Şəki Məhkəmə kompleksləri, paytaxtın Yasamal, eləcə də Gəncə, Oğuz, Gədəbəy, Quba və İmişli rayon məhkəmələri üçün yeni binaların və komplekslərin açılışları olub. Şəki Məhkəmə Kompleksinin açılışı zamanı dövlətimizin başçısı məhkəmə və ədliyyə işçiləri ilə keçirdiyi müşavirədə proqram xarakterli çıxış edərək məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Bu sahədə islahatlar davam etdirilir, hazırda 9 məhkəmə üçün müasir binaların inşası aparılmaqdadır.

Qeyd etməliyəm ki, digər müasir binalarda olduğu kimi, inzibati və ictimai zonalardan ibarət olan Nərimanov Rayon Məhkəməsinin yeni binası da müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Burada "Elektron məhkəmə" informasiya sisteminin komponentlərinin tətbiqi, o cümlədən məhkəmə zallarında proseslərin dəqiq və sürətlə protokollaşdırılması və audio-video yazılışların aparılması, elektron sənəd dövriyyəsi və sair ilə bağlı bütün zəruri infrastruktur yaradılıb.

Eyni zamanda, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradan müasir elektron informasiya köşkləri quraşdırılıb. Həmçinin vətəndaşlara tibb, iaşə xidmətlərindən istifadə etmək üçün əlverişli şərait yaradılıb, körpə uşaqlı valideynlər üçün xüsusi otaqlar ayrılıb.

Bütün bunlar məhkəmə fəaliyyətinin daha səmərəli təşkil olunmasına, ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərir, insanlara daha əlverişli və rahat şərait yaradır.

– Bilirik ki, məhkəmə sistemində aparılan islahatlara beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilir. Bu mənada Avropa Şurası, Dünya Bankı xüsusi qeyd olunmalıdır...

– Doğrudan da insan haqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarımıza beynəlxalq qurumlar tərəfindən böyük maraq göstərilməsi, əldə olunan nailiyyətlərin təqdir olunması hər birimizdə iftixar hissi doğurur. Avropa Şurasının mühüm təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) bütün üzv dövlətlərdə yayılan dövrü nəşrində Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarına böyük önəm verilərək buna ayrıca bölmə həsr edilib. Avropalı ekspertlər Azərbaycan hakimiyyətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və belə qənaətə gəliblər ki, ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycan bir çox Avropa ölkələrinə nümunə ola bilər.

Eyni zamanda, bu sahədə islahatların mütərəqqiliyini və uğurlu nəticələrini görən nüfuzlu beynəlxalq maliyyə qurumu olan Dünya Bankı ilə səmərəli əməkdaşlıq qurularaq məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, mediasiya, yuvenal ədliyyə və digər sahələr üzrə birgə layihələr həyata keçirilir.

Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihələri ən uğurlu layihələrindən biri kimi qiymətləndirib və “Vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasının qalibi elan edib.

– Fikrət müəllim, məhkəmə sistemində aparılan islahatlar, həmçinin məhkəmələrə ictimai etimadı yüksəldir. Bunun təzahürü olaraq, yəqin ki, ədalət mühakiməsini həyata keçirən hakimlərin də iş yükü xeyli artıb...

– Elədir. Görülmüş kompleks tədbirlər nəticəsində cəmiyyətdə məhkəmələrə inam xeyli artıb. Artıq insanlar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər. Dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq məhkəmə fəaliyyətinin elektronlaşdırılması və bu məqsədlə elektron məhkəmə sisteminin tətbiqi ilə vətəndaşlar məhkəmələrə, həmçinin elektron qaydada müraciət etmək imkanı əldə ediblər. Eyni zamanda, Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində məhkəmə sisteminin vahid internet portalı (www.courts.gov.az) yenilənərək zənginləşdirilib, o cümlədən portalda “E-məhkəmə” bölməsi yaradılıb.

Vətəndaşlar portal vasitəsilə məhkəmələr barədə daha ətraflı məlumatları əldə etmək, “şəxsi kabinetdən” istifadə etmək, iqtisadi mübahisələrlə bağlı elektron qaydada iddia ərizələri vermək, baxılan işlər, keçirilən iclaslar və çıxarılan qərarlar barədə elektron qaydada məlumatları almaq, məhkəmə rüsumlarını elektron qaydada ödəmək və sair imkanı qazanıblar.

Qeyd etmək istərdim ki, cari ilin sonunadək elektron məhkəmə sistemi ölkə üzrə bütün məhkəmələrin 60 faizini əhatə edəcək. Eyni zamanda, sistemin tərkib hissəsi olan “elektron icra”nın yaradılması üzrə tədbirlər görülərək icra qurumlarında onun bir sıra komponentlərinin tətbiqinə başlanılıb. Cari ilin əvvəlindən isə iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılması təmin olunur.

Sözsüz ki, ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması məhkəmələrdə baxılan işlərin sayının kəskin artmasına gətirib çıxarıb. Məhkəmə statistikasına diqqət yetirsək görərik ki, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 21 dəfə artaraq 470 mini ötüb. Lakin buna baxmayaraq, hakimlərimiz iş yükünün öhdəsindən layiqincə gəlməyə çalışırlar. Təsadüfi deyil ki, birinci instansiya məhkəmələri tərəfindən mülki xarakterli işlər üzrə çıxarılmış qərarların təxminən 98 faizi sabit qalıb.

Ötən dövrdə hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq, ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı da Avropa dövlətləri ilə müqayisədə daha azdır, hər 100 min nəfərə 6 hakim düşür. Halbuki, bəzi Avropa dövlətlərində bu göstərici 20-dən çoxdur. Hazırda vakant hakim ştatlarının komplektləşdirilməsi üzrə tədbirlər görülür, 126 nəfər hakimliyə namizəd şəffaf seçim əsasında imtahanlardan uğur qazanaraq Ədliyyə Akademiyasında tədris kursundadır.

Əlbəttə, iş yükünün azaldılmasına təkcə hakimlərin sayının artırılması ilə nail olmaq mümkün deyil. Bununla əlaqədar məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmələrin iş yükünün azaldılması ilə bağlı təhlillər aparılır, mülki xarakterli işlərin məhkəmədən kənar həlli yolları axtarılır, bu sahədə beynəlxalq təcrübə öyrənilir.

Məhkəmələrin çıxardıqları qərarların icrasına xitam verilməsi səlahiyyətlərinin icra məmurlarına verilməsi məhkəmələrdə iş yükünün azalmasına təsir göstərib, həmçinin bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib. Bununla yanaşı, vətəndaşların hüquqlarının etibarlı təmin olunması məqsədilə icra məmurunun qərarından məhkəməyə şikayət vermək hüququ təsbit edilib.

Eyni zamanda, mülki xarakterli işlərin təxminən 60 faizini əmr icraatı qaydasında baxılan mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlər təşkil edir. Bu sahədə inkişaf etmiş xarici dövlətlərin təcrübəsi göstərir ki, əmr icraatı ilə bağlı işlərə məhkəmədən kənar mərkəzləşdirilmiş formada elektron qaydada baxılır. Bununla əlaqədar xüsusi proqram təminatı yaradılıb, bu cür işlərə elektron sistemlər tətbiq olunmaqla ən qısa müddətdə baxılması mexanizmləri işlənilir, müvafiq qanun layihələri hazırlanır.

Düşünürəm ki, bu sahədə yeni prosedurun tətbiqi məhkəmələrin iş yükünün azalmasına, məsələnin operativ həllinə, insan resurslarının səmərəli istifadəsinə, işlərə daha qısa müddətdə baxılmasına öz müsbət təsirini göstərəcək.

Mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutu xüsusilə əhəmiyyətlidir. Məlumdur ki, bütün dünyada mütərəqqi institut kimi mediasiya geniş tətbiq olunur.

Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olub, bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanıb. Həmçinin Avropa Şurası və Avropa İttifaqı ilə bu sahədə birgə layihələrin təşviqinə dair razılığa gəlinib.

Dövlətimizin başçısının ötən ilin dekabrında təsdiq etdiyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə cari ildə mediasiya haqqında qanun layihəsinin hazırlanması və Mediasiya Şurasının yaradılması ilə bağlı konkret tapşırıqların verilməsi, şübhəsiz ki, ölkəmizdə bu institutun inkişafına təkan olacaq.

– Azərbaycan, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına aiddir. Avropa Məhkəməsinin presedentlərinin tətbiqi üzrə hansı tədbirlər görülür?

– Qeyd etməliyəm ki, Avropa Məhkəməsinin yurisdiksiyası Azərbaycana 2002-ci ilin aprel ayından şamil olunur. Bununla əlaqədar məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə müstəsna əhəmiyyət verilir. Bu məqsədlə tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə həftəlik seminarlar, ayrıca təlimlər təşkil olunur. Həmçinin bu sahədə Avropa Şurası ilə birgə Ədliyyə Akademiyası tərəfindən hakimlər, hakimliyə namizədlər və digər hüquqşünaslar üçün iki illik xüsusi layihə həyata keçirilir.

Avropa Məhkəməsinin qərarları, o cümlədən Azərbaycanla bağlı qəbul etdiyi qərarlar hakimlər arasında geniş yayılır. Bu məsələnin əhəmiyyəti nəzərə alınaraq Ali Məhkəmənin Plenumunda müzakirə olunub, bütün məhkəmələrin diqqəti Avropa Məhkəməsinin presedent hüququnun tətbiqinə cəlb edilib və müvafiq tövsiyələr verilib.

Bu sahədə Avropa Məhkəməsinin hakimləri ilə birbaşa təmasların böyük səmərəsi nəzərə alınaraq son illər ərzində Məhkəmənin 20 hakimi, o cümlədən sədrləri ölkəmizə səfərlər edib, təlimlər keçirərək mühazirələr oxuyublar.

Təhlillər göstərir ki, Avropa Məhkəməsinin özündə hədsiz iş yükü vardır. Bu isə üzv dövlətlərin milli məhkəmə sistemlərində qüsurların olması ilə səciyyələndirilir. Bununla əlaqədar Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılmasına dair ötən dövrdə bir neçə konfrans keçirilib, problemin həlli yolları araşdırılıb, həmçinin üzv dövlətlərdə məhkəmə sistemlərinin təkmilləşdirilməsi ilə bağlı əhatəli sənədlər qəbul olunub. Həmin konfranslarda ölkəmiz də fəal təmsil olunub, Azərbaycanda dövlətimizin başçısının rəhbərliyi ilə məhkəmə sistemində aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xidmət edən islahatlar barədə fikir və təcrübə mübadiləsi aparılıb. Təsadüfi deyil ki, bu sahədə sürətli islahatların Azərbaycanda həyata keçirilməsi etiraf olunub və görülən işlərə böyük maraq göstərilib.

Konfranslar zamanı qəbul olunmuş bəyannamələrin implementasiyasına xüsusi diqqət yetirilərək bu mühüm sənədlərin mahiyyətini ictimaiyyətə çatdırılması məqsədi ilə bu sənədlər dərhal tərcümə olunaraq nazirliyin və Məhkəmə-Hüquq Şurasının internet saytlarında (www.justice.gov.az, www.jlc.gov.az) yerləşdirilib. Bundan əlavə, qəbuledilmə tələblərinə cavab verməyən şikayətlərin sayının azalmasında mühüm rolu olan Avropa Məhkəməsinin şikayətlərin qəbul olunması kriteriyalarına dair praktiki bələdçi də nazirlikdə Azərbaycan dilinə tərcümə olunub və veb-saytda yerləşdirilib.

Eyni zamanda, hakimlərimizin və digər hüquqşünasların Avropa Məhkəməsində təcrübə keçmələri diqqətdə saxlanılaraq son illər 110 nəfər hakim, prokuror və vəkillər Strasburqda tədris səfərlərində olublar. Yeri gəlmişkən, hazırda hakimliyə namizədlərimiz həmin Məhkəmədə praktiki təlimlərə cəlb olunub. Bundan əlavə, dövlətimizin başçısının təşəbbüsü ilə bir nəfər hakimimiz Strasburq Məhkəməsinə ezam olunub və bu təşəbbüs Avropa Məhkəməsinin sədri tərəfindən yüksək qiymətləndirilərək belə bir təcrübənin davam etdirilməsi barədə razılığa gəlinib.

Avropa Məhkəməsinin qərarlarının icrasına da xüsusi önəm verilir. Qeyd etməliyəm ki, bu qərarlar, ilk növbədə, hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Avropa Məhkəməsinin presedent hüququ da məhz buna xidmət edir.

Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır. Belə ki, 2016-cı ildə Azərbaycana qarşı cəmi 16 qərar çıxarılıb. Halbuki əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılıb. Ümumiyyətlə, Məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olub.

Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı isə ümumi Avropa göstəricisindən demək olar ki, 2 dəfə azdır. Belə ki, Avropada 10 min əhaliyə orta hesabla 0,64 şikayət düşdüyü halda, bu göstərici Azərbaycan üzrə 0,34 təşkil edir. Ölkəmizlə müqayisədə digər dövlətlərdən, o cümlədən Avropa İttifaqının üzvlərindən olan Macarıstandan 16 dəfə, Rumıniyadan 12 dəfə, habelə Bosniya və Herseqovinadan 8 dəfə çox şikayət daxil olub.

Amma bu bizdə heç də arxayınlıq yaratmır, hüquq sistemimizin inkişafı naminə Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi işi əzmlə davam etdirilir.

Möhtərəm Prezidentimizin diqqəti və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla həyata keçirilir, insan hüquqlarının etibarlı müdafiəsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması ilə məqsədyönlü işlər davam etdirilir, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir, o cümlədən Milli Məclisin son iclasında daha iki yeni qanun qəbul olunub.

-Müsahibəyə görə çox sağ olun, məhkəmə islahatlarının həyata keçirilməsi işində sizə uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb