İDMAN


Avropanın futbol meydanlarında maraqlı qarşılaşmalar keçirilib

Bakı, 15 may, Əsəd Məmmədov, AZƏRTAC

Avropanın futbol meydanlarında bir sıra maraqlı qarşılaşmalar keçirilib.

AZƏRTAC xəbər verir ki, İspaniya çempionatının XXXVII turundan sonra da çempionluğun taleyinə aydınlıq gəlməyib. Belə ki, səfərdə “Las Palmas” ilə qarşılaşan “Barselona” 1:4 hesabı ilə qalib gəlib. Çempionluğa daha yaxın olan “Real” isə doğma meydanda “Sevilya”ni eyni hesabla məğlub edib - 4:1. Beləliklə, hər iki komandanın aktivində 87 xal var. Lakin ehtiyatda bir oyunu olan Madrid təmsilçisinin çempionluq şansı daha yüksəkdir.

İngiltərə Premyer Liqasının XXXVII turunda mayın 12-də “Vest Bromviç”i məğlub edən “Çelsi” vaxtından əvvəl çempionluğunu elan edib. Turun digər maraqlı qarşılaşmasında “Tottenhem” “Mançester Yunayted” klubuna 2:1 hesabı ilə qalib gəlib. “Vest Hem” – “Liverpul” qarşılaşmasında isə qonaqlar qalib gəliblər - 0:4.

İtaliya A seriyasında çempionluğu bayram etmək üçün bir xala ehtiyacı olan “Yuventus” klubu XXXVI turda “Roma”nın qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.