DÜNYA
Avropaya köç edən mühacirlərin sayı 350 min nəfəri ötüb
Bakı, 1 sentyabr, AZƏRTAC
İlin əvvəlindən bəri Aralıq dənizi vasitəsilə Avropaya köç edən mühacirlərin sayı 350 min nəfəri keçib. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Cenevrədə dərc olunan statistik məlumatda 2015-ci il yanvarın 1-dən sentyabrın 1-dək Avropa qitəsinə 351 min 314 mühacirin gəldiyi qeyd edilir. Onların əksəriyyəti Yunanıstana (218 min 72 nəfər), İtaliyaya (114 min 276 nəfər) və İspaniyaya (2 min 165 nəfər) pənah gətirib.
Yunanıstana gələn mühacirlərin əsas hissəsi Suriyadan (88 min nəfər) və Əfqanıstandan (32,5 min nəfər) qaçan insanlardır. İtaliyaya pənah gətirənlərin arasında isə əsasən eritreyalılar (25,5 min nəfər) və nigeriyalılar (12 min nəfərə yaxın) üstünlük təşkil edir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, ilin əvvəlindən Aralıq dənizində Avropaya keçməyə cəhd edən 2643 mühacir həyatını itirib.
BMT-nin uşaq fondu (UNICEF) son iki ayda sığınacaq üçün Avropaya üz tutanlar arasında qadın və uşaqların sayının artdığını bildirib. Hazırda Makedoniyada onların sayı bura köç edənlərin üçdəbirini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]