DÜNYA
Avstraliya: “Debbi” qasırğasından sonra daşqın təhlükəsi
Bakı, 29 mart, AZƏRTAC
Avstraliyanın şimal-şərq sahilləri güclü “Debbi” qasırğasının dağıdıcı təsirindən sonra daşqın təhlükəsi ilə üzləşib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təhlükə səviyyəsinə görə mümkün 5 kateqoriyadan 4-cü kateqoriya ilə qiymətləndirilən siklon ölkənin şimal-şərqində yerləşən Kvinslend ştatına ciddi ziyan vurub, 10 minlərlə insan elektrik enerjisindən məhrum olub. Sürəti bəzi hallarda saatda 263 kilometrə çatan qasırğa bir nəfərin həyatına son qoyub, Taunsvill beynəlxalq aeroportunun fəaliyyəti dayandırılıb.
Avstraliyanın Baş naziri Malkolm Ternbull fövqəladə vəziyyətin aradan qaldırılması üzrə planı işə salıb. Hökumət orqanları əhaliyə daşqınlardan qorunmaq üçün yollara çıxmamağı tövsiyə edib. Ştata hərbçilər və helikopterlər göndərilib.
Təbii fəlakətdən ən çox Bouen, Erli-Biç, Proserpayn və Kollinsvill şəhərləri zərər görüb. Hazırda siklon zəifləyərək ölkənin içərilərinə doğru hərəkət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]