SİYASƏT


Avstraliya İttifaqının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycanda keçirilən ümumxalq səsverməsini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya İttifaqının nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə tər güllər qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları önünə tər çiçəklər qoyub.

Daha sonra qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

Jurnalistlərə açıqlama verən nümayəndə heyətinin rəhbəri Bək Kristofer Con Azərbaycan xalqını referendumun uğurla başa çatması münasibətilə təbrik edib. Məntəqələrdə yüksək seçici fəallığı müşahidə etdiklərini deyən Bək Kristofer Con Azərbaycanda hər kəsin könüllü olaraq səsvermədə iştirak etdiyini bildirib.

Azərbaycanda ilk dəfə olduğunu deyən qonaq Bakının gözəlliyinə heyran qaldığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.