DÜNYA
Avstraliya Londonda törədilən terror aktından sonra Böyük Britaniyaya yardım etməyə hazırdır
Tokio, 4 iyun, AZƏRTAC
Avstraliya Londonda törədilən terror aktından sonra Böyük Britaniyaya yardım etməyə hazırdır. Bu barədə bəyanatla Avstraliyanın xarici işlər naziri Culi Bişop çıxış edib.
Avstraliya XİN-nin bəyanatında deyilir: “Biz həmin hücumlara cavab vermək istəyən Britaniya hökumətinə yardım etməyə hazırıq. Bizim fikirlərimiz yaralananlar və onların ailə üzvləri ilə birlikdədir”.
Bəyanatda qeyd edilir ki, Avstraliya hökuməti terror aktı nəticəsində həlak olan və ya yaralanan ölkə vətəndaşları barədə məlumata hələlik malik deyil.
Avstraliyanın Baş naziri Malkolm Ternbull da Britaniya xalqı ilə birlikdə olduqlarını deyib: “Bizim dualarımız və qətiyyətli dəstəyimiz, həmişə olduğu kimi, bu gün də Londonda həyəcan doğuran terror hücumuna məruz qalmış Britaniya xalqı ilə birlikdədir”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]