DÜNYA


Avstraliya Milli Bankının elektron sistemi sıradan çıxıb

A+ A

Tokio, 11 oktyabr, AZƏRTAC

Avstraliya Milli Bankının (“NAB”) çoxsaylı müştəriləri oktyabrın 11-də bank xidmətinin bankomatlarından, mobil və internet əlavələrindən istifadə edə bilməyiblər. “NAB” rəhbərliyinin bildirdiyinə görə, nasazlığa səbəb bankın elektron xidmət sisteminin sıradan çıxması olub. Bankın rəsmi nümayəndəsinin sosial şəbəkələrdə yayılan məlumatında deyilir: “Bu gün problemlərlə qarşılaşanların hamısından üzr istəyirik. Hazırda bizim mütəxəssislər problemin yaxın müddətdə aradan qaldırılması üçün çalışırlar. Biz hələlik şöbələrimizin əməkdaşlarının xidmətlərindən istifadə etməyi məsləhət görürük”.

Bu, son günlərdə “NAB”ın elektron sisteminin sıradan çıxdığı üçüncü haldır. İlk dəfə belə hal oktyabrın 4-də, növbəti dəfə isə 10-da qeydə alınıb. Bankın əməkdaşları hələlik nasazlığın səbəbləri barədə məlumat vermirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.