DÜNYA


Avstraliya Müdafiə Nazirliyinin kompyuterləri haker hücumuna məruz qalıb

A+ A

Tokio, 29 avqust, AZƏRTAC

ABC televiziya kanalının yaydığı məlumatda bildirilir ki, ticarət, investisiyalar və təhsil məsələlərinə cavabdeh olan Avstraliya Ticarət Komissiyasının, eyni zamanda, Müdafiə Nazirliyinin elmi-texniki şöbəsinin kompyuterləri hakerlərin hücumuna məruz qalıb.

Baş nazirin kibertəhlükəsizlik üzrə məsləhətçisi Alester Makqibbon bildirib ki, Avstraliya hökuməti haker hücumları ilə hər gün qarşılaşır.

Telekanalın bildirdiyinə görə, hökumət idarələrinin kompyuterlərinə son beş ildə təşkil edilən hücumlarda çinli hakerlər təqsirli bilinir. Çinin Avstraliyadakı səfirliyi isə bəyan edib ki, bu ittihamların heç bir əsası yoxdur və səhv məlumatlara əsaslanır.

Telekanalın məlumatına görə, “Newsat Ltd.” şirkətinin və Meteoroloji Büronun kompyuterləri də haker hücumuna məruz qalıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.