DÜNYA
Avstraliya Rusiya və Türkiyəni təmkin göstərməyə çağırıb
Kanberra, 25 noyabr, AZƏRTAC
Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Avstraliyanın xarici işlər naziri Culi Bişop Rusiyaya məxsus Su-24 hərbi təyyarəsinin vurulması ilə bağlı Rusiya və Türkiyəni təmkin nümayiş etdirməyə çağırıb.
C.Bişopun sözlərinin sitat gətirən “Australian” qəzeti yazır: “Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus təyyarənin vurulması bizi narahat edir və biz tərəfləri təmkin göstərməyə çağırırıq”. Nazir əlavə edib: “Hazırkı vəziyyətdə çox vacibdir ki, hadisə gərginliyin artmasına gətirib çıxarmasın”.
C.Bişop baş vermiş hadisənin təhqiq edilməsinin zəruri olduğunu da qeyd edib.
Avstraliyanın Baş naziri Malkolm Ternbull da bəyan edib ki, indiki vəziyyətdə təmkin göstərilməsi zəruridir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]