DÜNYA


Avstraliya cinayətkar kiberşəbəkələrə qarşı  hücum əməliyyatları planlaşdırır

Tokio, 1 iyul, AZƏRTAC 

Avstraliya hökuməti ölkənin Radiotexniki Müdafiə İdarəsinə xaricdəki mütəşəkkil cinayətkar kiberşəbəkələrə qarşı hücum əməliyyatları səlahiyyətinin verilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin kibermüdafiə məsələləri üzrə köməkçisi Den Tien məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dən Müdafiə Nazirliyinin tərkibində “informasiya müharibəsinin aparılması ilə əlaqədar bölmə” fəaliyyətə başlayacaq. Bu, müasir hərbi münaqişələrin xarakterinin dəyişməsi ilə əlaqədardır. Yeni bölmə hərbi və kəşfiyyat xarakterli kiberəməliyyatların, elektron müharibənin və informasiya əməliyyatlarının aparılmasına cavabdeh olacaq. Bölmənin əməliyyatları passiv və aktiv müdafiə, eləcə də hücum xarakteri daşıyacaq.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.