DÜNYA
Avstraliya iqtisadiyyatında əhəmiyyətli inkişaf qeydə alınıb
Kanberra, 2 dekabr, AZƏRTAC
Son aylar Avstraliya iqtisadiyyatında əhəmiyyətli inkişaf qeydə alınıb. Bu barədə dekabrın 2-də Milli Statistika Bürosunun dərc etdiyi məlumatda bildirilir.
Sənəddə qeyd edilir ki, cari ilin üçüncü rübündə ümumi daxili məhsul (ÜDM) ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz, illik hesablamaya görə isə 2,5 faiz artıb.
Bu məlumatı şərh edən maliyyə naziri Skott Morrison xatırladıb ki, ötən ilin iyulundan cari ilin iyununadək ÜDM-in illik artımı cəmi 1,9 faiz təşkil etmişdi. Nazir deyib: “Beləliklə milli iqtisadiyyatın inkişafında müsbət meyillər meydana gəlib və bu, onun düzgün istiqamətdə irəlilədiyini deməyə əsas verir”. Onun sözlərinə görə, son vaxtlar xammalın, əmtəələrin və xidmətlərin ixracının, istehlakçı sorğusunun və mənzil tikintisinin artması iqtisadiyyatın canlanmasına səbəb olub.
Rəsmi məlumatlara əsasən, Avstraliyada ÜDM cari maliyyə ilində 2,75 faiz, gələn il isə 3,25 faiz artmalıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]