İDMAN
Avstraliya millisi futbol üzrə Asiya çempionu olub
Bakı, 31 yanvar, AZƏRTAC
Futbol üzrə Avstraliya milli komandası Asiya çempionatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, Avstraliyada keçirilən çempionatın finalında Koreya Respublikasını 2:1 hesabı ilə məğlub edən ev sahibləri ilk dəfə olaraq qitə birincisi adını qazanıblar.
Avstraliyalılar oyunun 45-ci dəqiqəsində Massimo Luonqonun qolu ilə hesabda irəli çıxıblar. Lakin qarşılaşmanın ikinci hissəsinin son dəqiqələrində Heunq Min Son hesabı bərabərləşdirib – 1:1. Qalibi müəyyən etmək üçün əlavə olunmuş vaxtda (görüşün 115-ci dəqiqəsində) Ceyms Troisi Avstraliyanı hesabda 2:1 irəli çıxarıb.
Hər iki komanda çempionatda “A” qrupunda mübarizəyə başlamışdı. Qrup mərhələsi çərçivəsində keçirilən oyunda Koreya Respublikası 1:0 hesabı ilə qalib gəlmişdi.
Çempionatda üçüncü yer uğrunda oyunda isə Birləşmiş Ərəb Əmirliklərinin milli komandası İraq yığmasını 3:2 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqada XXVIII turun hakimləri açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]