DÜNYA


Avstraliya polisi terror aktı hazırlamaqda şübhəli bilinənləri həbs edib

Tokio, 23 dekabr, AZƏRTAC

Avstraliya polisi Milad bayramı ərəfəsində Melburn şəhərində silsilə terror aktları hazırlamaqda şübhəli bilinən şəxsləri həbs edib. Bu barədə SBS teleradio şirkəti məlumat yayıb.

Məlumatda bildirilir ki, polis xüsusi təyinatlılarının Melburnun şimalında yerləşən evlərdə apardığı axtarışlar zamanı bir neçə şübhəli şəxs saxlanıb.

Viktoriya ştatı polisinin rəisi Qrem Eşton bəyan edib ki, həbs olunanlar Milad günü Melburnun mərkəzi vağzalında, Müqəddəs Pavel məbədində və şəhər meydanlarından birində terror aktları planlaşdırırmışlar.

9news portalı isə bildirib ki, əməliyyat zamanı beş nəfər həbs edilib. Onlardan dördü Avstraliya vətəndaşı, biri isə misirlidir.

Q.Eşton əlavə edib ki, bu şəxslər İŞİD-in təsiri və təbliğatı nəticəsində radikallaşıblar.

Onun sözlərinə görə, həmin şəxslər terror aktı zamanı partlayıcı maddələrdən istifadə etməyi planlaşdırırmışlar. Hücum zamanı odlu və soyuq silahlardan istifadənin mümkünlüyü istisna olunmayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.