DÜNYA


Avstraliya vergi ödəyicilərinə güzəştə gedir

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Avstraliyada vergi qanunvericiliyinə dəyişiklik qüvvəyə minib.

“Vergiler.az” saytından AZƏRTAC-a bildirilib ki, indiyədək illik qazancı 80 min Avstraliya dollarından (49 min ABŞ dolları) artıq olanlar qazanclarının 37 faizi qədər vergi ödəyirdilər, yeni qanunvericilikdə isə həmin hədd 87 min dollar (53 min ABŞ dolları) müəyyənləşdirilib.

İllik gəlirləri bu həddən aşağı olanlar isə 32,5 faiz dərəcə ilə vergi ödəyirlər.

Ekspertlər bu dəyişikliyin ölkə büdcəsinə daxilolmalarda özünü göstərəcəyini proqnozlaşdırırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.