DÜNYA
Avstraliyada daşqın təhlükəsi səbəbindən 40 min nəfər təxliyə olunur
Bakı, 30 mart, AZƏRTAC
Avstraliyanın şimal-şərq sahillərində dağıdıcı “Debbi” qasırğası nəticəsində yaranmış daşqın təhlükəsi səbəbindən 40 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC xəbər verir ki, News.com.au portalının yaydığı məlumata görə, hazırda 45 minədək ev işıqsız qalıb. Elektrik enerjisi verilişinin nə vaxt bərpa olunacağı məlum deyil. Bir çox məktəblər hələ də bağlıdır.
Təhlükəlilik səviyyəsinə görə 5 kateqoriyalı cədvəl üzrə 4-cü kateqoriya ilə qiymətləndirilən siklon ölkənin şimal-şərqində yerləşən Kvinslend ştatına daha çox ziyan vurub. Burada küləyin sürəti bəzi hallarda saatda 263 kilometrə çatıb. Yerli aeroportun fəaliyyəti dayandırılıb. Ştata hərbçilər və helikopterlər, həmçinin ərzaq göndərilib.
Meteoroloqlar ən güclü daşqınların Tuid çayı sahillərində gözlənildiyi barədə xəbərdarlıq ediblər. Son bir neçə sutka ərzində bu rayona 417 millimetrədək yağıntı düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]