DÜNYA


Avstraliyada silahlı şəxs bir qadını və dörd uşağı girov götürüb

Bakı, 16 iyun, AZƏRTAC

Avstraliyanın Melburn şəhəri ətrafındakı Eppinq yaşayış məntəqəsində silahlı şəxs bir qadını və dörd uşağı girov götürüb.

AZƏRTAC xəbər verir ki, Australian nəşrinin yaydığı məlumata görə, polis artıq hadisə yerindədir. Qadını və uşaqları girov götürən kişinin tapança ilə silahlandığı ehtimal edilir.

“Biz həmin kişi ilə danışığa başlamağa cəhd göstərdik, amma o, evə qayıtdı” – qəzet polis nümayəndəsinin bu sözlərini sitat gətirib. O, həmçinin deyib ki, girovların kimlər olduğunu təsdiqləmək hələlik mümkün deyil.

İnsidentin baş verdiyi rayondan sakinlərin təhlükəsizlik məqsədilə evakuasiya olunduqları bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.