CƏMİYYƏT


Avstraliyada təhsil alan azərbaycanlı tələbə İndoneziyada aparılan antropoloji tədqiqatlarda iştirak edib

A+ A

Tokio, 27 iyul, AZƏRTAC

Avstraliya Milli Universitetinin professor-tələbə heyətindən ibarət qrup İndoneziyanın Bali adasında üç ay davam edən elmi tədqiqatda iştirak edib.

Həmin proqram Avstraliya hökumətinin İndoneziyaya göstərdiyi elmi araşdırma yardımı çərçivəsində həyata keçirilib.

Layihə çərçivəsində yerli əhali arasında elmi-sosial sorğular keçirilib. Bu sorğular əsasında insanların əsas problemlərinin sağlamlıq, yerli təhlükəsizlik, işıq və qazla əlaqəli olduğu müəyyənləşdirilib. Professor-tələbə heyəti Bali və Sumba adalarında mövcud olan problemləri, iqtisadi çətinlikləri müəyyənləşdirərək hesabat şəklində müvafiq dövlət qurumlarına təqdim edib. Həmin problemlərin həlli üçün ümumi müzakirələr aparılıb və rəhbərlik tərəfindən ortaq razılaşma qəbul edilib.

Görülən işlər barədə ümumi hesabat Avstraliya və İndoneziya hökumətlərinə təqdim olunub.

Tədqiqatçı qrupun tərkibində ilk dəfə azərbaycanlı antropoloq tələbə İlkin Əliyev də iştirak edib. Həmyerlimiz Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Avstraliya Milli Universitetində antropologiya ixtisası üzrə magistr təhsili alır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.