İQTİSADİYYAT


Avstraliyadan Azərbaycana yeni gəmi gətirilib

A+ A

Bakı, 14 sentyabr, Elvin Camalov, AZƏRTAC

Avstraliyanın “Austal Limited” gəmiqayırma şirkəti “Rəşid Behbudov” adlı yeni 70 metrlik katamaran tipli gəmini sifarişçi “Caspian Marine Services” (CMS) şirkətinə təhvil verib.

AZƏRTAC “Austal Limited” şirkətinə istinadən xəbər verir ki, gəmi 150 sərnişin üçün nəzərdə tutulub.

Qeyd edək ki, gəminin tikintisinə dair müqavilə 2015-ci ilin iyununda imzalanıb. Tikinti işlərinə 2015-ci ilin oktyabrında başlanılıb. Müqavilənin dəyəri 34 milyon dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.