DÜNYA


Avstraliyalı memarlardan “yarımçıq ev” layihəsi

Bakı, 5 iyul, AZƏRTAC 

Avstraliyanın Yeni Cənubi Uels ştatının sakini, memar Aleksandr Simes evində maraqlı yenidənqurma işləri aparıb.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, memarın şəxsi evində gördüyü bir sıra dizayn və təmir işləri evin sanki yarımçıq tikilməsi təsəvvürünü yaradır. Lakin ev sahibi bununla heç də razı deyil.

Maraqlıdır ki, “Up-Cycle House” adlandırılan evin giriş hissəsində kərpic hörgüsü tamamlanmayıb, həmçinin binanın damı da yarımçıqdır.

“Up-Cycle House”nin yaşayış sahəsi 104 kvadratmetr təşkil edir. Burada qonaq və 3 yataq otağı, mətbəx, 2 vanna otağı yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.