SİYASƏT
Avstraliyalı parlamentarilər Azərbaycanda seçkilərin təşkilini yüksək qiymətləndirirlər VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Avstraliyalı parlamentarilər Milli Məclisə seçkiləri müşahidə etmək üçün 20-dək seçki məntəqəsində olublar. Onlar seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün yaradılmış şəraiti, ümumiyyətlə seçkilərin təşkilini yüksək qiymətləndiriblər.
AZƏRTAC xəbər verir ki, noyabrın 2-də “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında Avstraliya parlamentinin üzvü Luke Simpkins bu barədə danışıb.
L.Simpkins deyib ki, seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi-texniki baza yaradılmışdı. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmadı. Seçki məntəqələrində yüksək fəallıq müşahidə olunurdu. Nizam-intizama ciddi riayət edilirdi. Seçicilər sərbəst şəkildə məntəqələrə daxil olur, səslərini verirdilər. Bir sözlə, vətəndaşlar öz hüquqlarından yüksək səviyyədə istifadə etdilər.