REGİONLAR


Avstraliyalı turist: Zaqatalada dağ turizmi üçün çox gözəl imkanlar var

Zaqatala, 4 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Turist kimi müxtəlif ölkələrə səyahət etməyi çox xoşlayıram. Azərbaycanda ilk dəfədir oluram. Çox gözəl ölkəniz var. İnsanları istiqanlı və mehribandırlar. Azərbaycanda özümü çox rahat və təhlükəsiz hiss edirəm.

Bu sözləri uzaq Avstraliyanın Melburn şəhərindən ölkəmizə gələn turist Endryu Fairburn Zaqatalada AZƏRTAC-a müsahibəsində deyib.

Paytaxt Bakının qədim və müasir arxitekturasının onun çox xoşuna gəldiyini bildirən avstraliyalı turist Azərbaycanın əyalətləri ilə də tanış olmaq istədiyini və ona bu regionu məsləhət gördüklərini söyləyib. Qonağın dediyinə görə, Zaqataladan əvvəl Şəkidə olub və bu qədim şəhərin tarixi məkanları ilə tanışlıq onda zəngin təəssürat oyadıb. Əcnəbi qonaq Şəkinin ən ləziz yeməklərindən sayılan pitinin də dadına baxdığını bildirib.

İki gündür Zaqatalada olduğunu və rayonun təbiət gözəlliklərinə heyran qaldığını vurğulayan Endryu Fairburn deyib: “Zaqatalada dağ turizmi üçün çox gözəl imkanlar var. Yamyaşıl uca dağlar, çaylar, şəlalələr insanı valeh edir. Milli mətbəx nümunələrinizdən kababı çox xoşladım. Buralara yenindən gəlməyi düşünürəm. Ancaq bu dəfə tək deyil, dostlarımla birlikdə gələcəyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.