DÜNYA


Avstraliyanın Baş naziri TPP-nin region üçün əhəmiyyətini vurğulayıb

Tokio, 14 yanvar, AZƏRTAC

Avstraliyanın Baş naziri Malkolm Ternbull bildirib ki, ölkəsi Yaponiya ilə birlikdə ABŞ-ın yeni administrasiyasının azad ticarət barədə Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) razılaşmasında iştirakına çalışacaq. Bu barədə M.Ternbull NHK televiziya kanalına müsahibəsində ABŞ-ın yeni Prezidenti Donald Trampın razılaşmaya münasibətini şərh edərkən danışıb.

Baş nazir bildirib ki, bu ticarət razılaşması ABŞ-ın Asiya-Sakit okean regionuna bağlılığını təsdiq edir. Çinin Cənub Çin dənizindəki fəaliyyətini, o cümlədən süni adaların tikintisini kəskin tənqid edən M.Ternbull vurğulayıb ki, bu addımlar regionda gərginliyin artmasına səbəb olub.

Baş nazir qeyd edib ki, Avstraliya və Yaponiya regionda sülhün və sabitliyin saxlanması üçün beynəlxalq normalara əməl olunmasına tərəfdardırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.